Ana Sayfa > Hadisə > Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb

Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb


29-06-2020, 13:04. Yazar: admin
Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

FHN-dən "Report" verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri ətaziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.

Əlavə məlumat veriləcək.
Geri dön