Ana Sayfa > Hadisə > Bakıda iki avtomobil toqquşdu: Yaralılar var

Bakıda iki avtomobil toqquşdu: Yaralılar var


29-06-2020, 08:48. Yazar: admin
Bakıda iki avtomobil toqquşdu: Yaralılar var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.


Biləcəri qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1986-cı il təvəllüdlü Abdullayev Zaur Rafiq oğlu və 1988-ci il təvəllüdlü Həsənov Hikmət Mehman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı Z.Abdullayeva döş qəfəsinin küt travması və alın nahiyəsinin əziyi, H.Həsənova isə alın nahiyəsinin cırılmış yarası və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.
Geri dön