Ana Sayfa > Hadisə > Bakıda 36 yaşlı kişini maşın vurdu

Bakıda 36 yaşlı kişini maşın vurdu


25-06-2020, 10:27. Yazar: admin
Bakıda 36 yaşlı kişini maşın vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Yasamal rayonu ərazisində yerləşən İzmir parkının yaxınlığında qeydə alınıb.


Belə ki, 1984-cü il təvəllüdlü Babaxanov Heydər Ramiz oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona sol aşağı baldır oynağının əzilməsi diaqnozu qoyulub.
Geri dön