Ana Sayfa > Hadisə > Azərbaycanda yeni təmirdən çıxan yol çökdü

Azərbaycanda yeni təmirdən çıxan yol çökdü


24-06-2020, 10:00. Yazar: admin
Azərbaycanda yeni təmirdən çıxan yol çökdü

Qobustanda yeni təmir olunmuş yol çöküb.

Baku TV xəbər verir ki, hadisə Bədəlli-Poladlı avtomobil yolunda qeydə alınıb.

Çökməyə yolun yerləşdiyi ərazidə baş verən torpaq sürüşməsi səbəb olub.

Sürüşmə nəticəsində yolun altı metrlik hissəsi dağılıb. Yeni çəkilmiş yolun asfalt örtüyü çöküb, bəzi nöqtələrdə iri çatlar yaranıb.
Geri dön