Ana Sayfa > Hadisə > Gəncə sakini bədbəxt hadisə nəticəsində öldü
Gəncə sakini bədbəxt hadisə nəticəsində öldü22-06-2020, 10:17. Yazar: admin |
İyunun 21-də, saat 22 radələrində Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Fuad Qurbanovun ölməsi barədə prokurorluq orqanlarına məlumat daxil olub. Gəncə Şəhər Prokurorluğundan verilən xəbərə görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla müəyyən edilib ki, Fuad Qurbanov yaşadığı evdə təmir-tikinti işləri apararkən beton plitənin üzərinə düşməsi nəticəsində aldığı ağır dərəcəli bədən xəsarətlərindən yerləşdirildiyi xəstəxanada ölüb. Hazırda faktla bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir. Geri dön |