Ana Sayfa > Hadisə / Manşet > İmişlidə deputatın qardaşı oğlundan şikayət

İmişlidə deputatın qardaşı oğlundan şikayət


20-04-2015, 16:37. Yazar: admin
İmişlidə deputatın qardaşı oğlundan şikayət
İmişli rayonunda sahibkarlar dövlət başçısına müraciət etməyə hazırlaşırlar. Onlar son zamanlar 8 saylı Regional Vergilər İdarəsinin əməkdaşlarının təzyiq etdiyini bildirirlər. Sahibkarlar deyir ki, Beyləqan rayonunda yerləşən regional idarənin əməkdaşları daha çox İmişlidə sahibkarlara təzyiq edirlər. «Neçə gündür ki, işləyə bilmirik. Hər an səksəkə içindəyik. Vergi işçilərinin yeri gəldi-gəlmədi müdaxiləsi ilə üzləşirik. İmkan vermirlər ki, işləyək. Hər gün yoxlama var. Dövlətin əlaqədar strukturlarından xehiş edirik ki, bu təzyiqlərin qarşısını alsınlar» deyə GÜNDEMİNFO.AZ-a müraciət edən sahikarlar bildirir.
Sahibkarlar iddia edir ki, deputat Xanhüseyn Kazımlının qardaşı olan idarənin rəisi Elçin Kazımlı demək olar ki, 8 saylı idarənin bütün müfəttişlərini İmişliyə yollayıb. Onlar idarə rəisinə şikayət etdiklərini, lakin heç bir müsbət cavab ala bilmədiklərini deyirlər. Bildirirlər ki, yaranmış vəziyyətlə bağlı olaraq icra başçısına da müraciət etmək istəyirlər.

Geri dön