Ana Sayfa > Hadisə > Reanimasiyada yatan pasiyent qəfil yerindən qalxaraq iki nəfəri yaraladı

Reanimasiyada yatan pasiyent qəfil yerindən qalxaraq iki nəfəri yaraladı


10-06-2020, 08:55. Yazar: admin
Reanimasiyada yatan pasiyent qəfil yerindən qalxaraq iki nəfəri yaraladı

Rusiyanın Sankt-Peterburq şəhərindəki xəstəxanalardan birində reanimasiya şöbəsinin pasiyenti cərrah iynəsi ilə iki nəfəri yaralayıb.

Bu barədə RT xəbər yayıb.

Məlumata görə, hər iki zərərçəkən qadındır.

Bildirilir ki, 42 yaşlı kişi ezofaqal varikoz qanaxma ilə reanimasiya şöbəsinə yerləşdirilib. Onda qəfil kəskin psixoz vəziyyəti yaranıb: xəstə yatağından qalxaraq, tibbi aləti əlinə götürüb və yaxınlıqda olan iki xəstəni yaralayıb.

Tibb işçilərinin sözlərinə görə, yaralar səthi xarakter daşıyır.

Aqressiv pasiyent isə psixiatr yoxlamasından keçib, hazırda o, reanimasiyada müalicə almağa davam edir.

Polis baş verənlərlə əlaqədar yoxlamalara başlayıb.
Geri dön