Ana Sayfa > Hadisə > Bakıda 24 nəfər metil spirtindən ölüb

Bakıda 24 nəfər metil spirtindən ölüb


9-06-2020, 13:00. Yazar: admin
Bakıda 24 nəfər metil spirtindən ölüb
Binəqədi rayon sakini, 1968-ci il təvəllüdlü Fərman Xudaverdiyev aptekdə tibbi adı ilə satılan texniki (metil) spirtdən zəhərlənib.

Bu barədə Oxu.Az hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Respublika Toksikologiya Mərkəzinə gətirilən həmin şəxsin həyatını həkimlər xilas edə bilməyiblər.

Mərkəzin rəhbəri Azər Maqsudovun Oxu.Az-a verdiyi məlumata görə, martın 20-dən bu günə qədər 28 nəfər metil spirtindən zəhərlənmə diaqnozu ilə klinikaya daxil olub, onlardan 19-u ölüb. Ümumilikdə, göstərilən müddətdə Bakıda 24 nəfər metil spirtindən həyatını itirib.

Bundan əvvəl, müvafiq qurumların paytaxt apteklərində reydlər keçirdikləri və metil spirtinin satışdan çıxarıldığı bildirilmişdi.
Geri dön