Ana Sayfa > Hadisə > Gəncədə məhbus təcridxanada özünə xəsarət yetirib
Gəncədə məhbus təcridxanada özünə xəsarət yetirib8-06-2020, 15:53. Yazar: admin |
Gəncədə məhbus özünə xəsarət yetirib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında qeydə alınıb. Orada saxlanılan, 1994-cü il təvəllüdlü Əhmədov Əhməd Əbdurəhman oğlu sol qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. İlkin məlumata görə, məhbus özünə xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır. Geri dön |