Ana Sayfa > Hadisə > Bakıda xüsusi karantin rejimini pozan "Topaz" aşkarlanıb, 5 nəfər saxlanılıb
Bakıda xüsusi karantin rejimini pozan "Topaz" aşkarlanıb, 5 nəfər saxlanılıb3-06-2020, 10:36. Yazar: admin |
Paytaxtın Nəsimi rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan obyekt aşkarlanıb. APA-nın məlumatına görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə Nizami 187 ünvanlarında “Topaz” idman-mərc oyunları obyektinin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 5 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibi – 1984-ci il təvüllüdlü Bəxtiyar Kərimov 1500 manat, digərləri 100 manat cərimə olunublar. Geri dön |