Ana Sayfa > Hadisə > Bakıda külək Neftçilər xəstəxanasının dam örtüyünün bir hissəsini uçurub - FOTO
Bakıda külək Neftçilər xəstəxanasının dam örtüyünün bir hissəsini uçurub - FOTO23-05-2020, 23:02. Yazar: admin |
Bakıda güclü külək nəticəsində Neftçilər xəstəxanasının cərrahiyə şöbəsinin dam örtüyünün bir hissəsi uçub. Xəstəxanadan APA-ya verilən məlumata görə, hazırda şöbədə heç bir xəstə yoxdur. Hadisə xəstəxananın Afiyəddin Cəlilov və Yusif Səfərov küçələrinin kəsişməsidə yerləşən hissəsində baş verib. Polis əməkdaşları tərəfindən təhlükəsizlik məqsədilə hadisənin baş verdiyi ərazidə piyada və avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən dam örtüyünün bərpası istiqamətində tədbirlər görülür. Geri dön |