Ana Sayfa > Hadisə > Nəsimidə yolu keçən piyadanı avtomobil vurdu
Nəsimidə yolu keçən piyadanı avtomobil vurdu22-05-2020, 03:27. Yazar: admin |
Bakıda bir nəfərin xəsarət alması nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Belə ki, yolu keçən 1959-cu il təvəllüdlü Şeydayev Ağahüseyn Şeyda oğlunu minik avtomobili vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona döş qəfəsinin küt travması və sol qabırğalarının sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. Geri dön |