Ana Sayfa > Hadisə / Manşet > “QHT sədri”nin milyonçuya layiq villası – YENİ FAKTLAR VƏ FOTOLAR
“QHT sədri”nin milyonçuya layiq villası – YENİ FAKTLAR VƏ FOTOLAR25-04-2019, 09:42. Yazar: admin |
Ötən həftə “Demokratik təşəbbüslər institutu” adlanan, qeydiyyatdan keçməmiş qurumun rəhbəri Akf Qurbanovun maliyyə maxinasiyaları və aldığı qrantlardan şəxsi məqsədlərlə necə istifadə etməsi haqda material dərc etmişdik . Materialda Akif Qurbanovun Bakının çox bahalı ərazisində yeni tikili binada aldığı lüks mənzil və heç də ucuz olmayan bağ evi haqqında faktlar göstərilirdi. Bundan sonra Akif Qurbanov öz feysbuk profilində canlı yayıma çıxaraq, faktları təsdiqlədi. Açığı, təsdiqləməmək mümkün də deyildi, çünki Azvision.az -un yazısı dəqiq faktlara və fotolara əsaslanırdı. Ona görə də, Qurbanov özünümüdafiənin başqa yolunu seçdi: “Düzür, bunlar var, amma... mənim deyil, arvadımındır”. Bu, bütün dünyada korrupsinerlərin ən sevimli bəhanələrindən biridir: “Villanı deyirsiniz?.. Həəə... Əşşi, mənim deyil ki, arvadımındır da. Yoldaşımın böyük biznesi var, gəlir yerləri çoxdur, ona görə də, bahalı rayonda lüks mənzili özümüzə rəva görə bilərik... Biz də haradasa yaşamalıyıq axı! Uşaqlarımız böyüyür...” Amma həyat yoldaşının gəlirləri və onun vaxtilə MSK-da olan qazancı bu mülkləri almağa yetərdimi? Gəlin, baxaq. Hesablamalar göstərir ki 2010-cu ildən bu günədək onun yoldaşı ayda orta hesabla 2700 manat maaş alıb. Akif Qurbanov 2010-2015-ci illərdə Mərkəzi Seçki Komissiyanın üzvü olduğu vaxtlarda aylıq maaşı 1450 manat təşkil edirdi. Hazırda isə faktiki işsizdir. Özünün dediyi kimi, MSK üzvü olanda aldığı mükafatlara gəlincə, maraqlıdır: görəsən, lideri, "Ümid" partiyasının rəhbəri İqbal Ağazadənin işlədiyi adamdanmı alıb bu mükafatları? Buna aydınlıq gətirməyə çalışacağıq. Nəzərə almaq lazımdır ki, Qurbanovlar ailəsinin aylıq xərclərin hələ təkcə görünən hissəsi – iki ev üçün ipoteka xərcləri 1500 manat təşkil edir. Bura onun iki uşaqlarının bahalı təhsilini, bahalı xarici maşınının xərclərini, Akif Qurbanovun təşkilatının istifadəsində olan, şəhərin mərkəzində yerləşən ofisinin icarə haqqını, iki evin və ofisin kommunal xərclərini və digər ailə xərcləri əlavə etsək, tamam başqa mənzərə görünür. Bəs bu pullar haradandır? Burada digər maraqlı sual da yaranır - 50.000 kredit borcu olan ailə əlavə olaraq, 143.000 manat kredit götürmək üçün nə boyda girov qoymalıdır? Buna növbəti yazılarımızda aydınlıq gətirməyə çalışacağıq. Akif Qurbanovun əsas xərcləri isə tikdirdiyi villaya yönəlir. Villası, şəkildə də gördüyünüz kimi, özünün dediyinə rəğmən, heç də kiçik deyil. Akif Qurbanov deyəndə ki “hara qədər gedəcəyik, bilmirəm” yumşaq desək, yalan danışır. Tikinti kifayət qədər yüksək templə gedir. Ustaların sözlərinə görə, onlara tapşırılıb ki, yaya qədər ev hazır olmalıdır. Bunun üçün kifayət qədər maliyyə vəsaiti də ayrılır, həyətdə hər gün fəal iş gedir. Təkcə hovuz və onun yanında cakuzinin tikintisi 40000 manatadək vəsait tələb edir. Qurbanov ABŞ və Böyük Britaniyadan qrant aldığını gizlətməsə də (Britaniya səfirliyi ilə 3, ABŞI səfirliyi ilə 1 müqaviləsi var), onların şəffaf şəkildə və təyinatı üzrə xərcləndiyinə dair sübutlar göstərə bilmədi. Bilməzdi də; çünki həmin pullar yəqin ki, bağ evində hovuz tikmək üçün verilməyib. Bizim əldə etdiyimiz yeni fotolarda isə görünür ki, “qht sədri”nin bağ sahəsində artıq villanın və hovuzun tikintisi başa çatmaq üzrədir. Dünənə qədər “ikiotaqlı evdə yaşayan” biri üçün heç də pis inkişaf deyil! Akif Qurbanov deyir ki, ABŞ və Britaniya səfirliklərindən 100.000 manat pul alıb və bunu özünün "qazancı" kimi təqdim edir. Lakin bu, heç də belə deyil. Müqavilələrə əsasən, həmin pullar ona gənclərə təlimlərin keçirilməsi üçün verilib, mülklərin alınması və tikintinin aparılması üçün yox. Akif Qurbanovun Qərbdən aldığı pullarla gənclərə hansı təlimləri keçdiyini deyə bilmərik, amma o, faydalı evlənmə kursları açsa, böyük müvəffəqiyyət qazana bilər. Təsəvvür edin, özünün dediyi kimi, ikiotaqlı balaca mənzildə yaşayan adam necə uğurla evlənirsə, qısa müddətdən sonra “arvadının pulları” hesabına lüks mənzil alır, üstəlik, milyonçulara layiq villa tikdirir! “Ağıllı evlənmək” yəqin ki, buna deyirlər. Bravo, Qurbanov! Lap belə bir fantastik fərziyyə irəli sürək ki, o, doğrudan da, hər şeyi "həyat yoldaşının maaşı" sayəsində əldə edib. Yaxşı, axı, Akif Qurbanov tək deyil! ABŞ və Britaniya səfirliklərin dəstəyi ilə qurulmuş və göründüyü kimi, kifayət qədər gəlirli təlim biznesdə Akif Qurbanovun ortağı sayılan və ABŞ-ın “İREX” təşkilatı bağlanandan sonra heç yerdə işləməyən hüquqşünas Ələsgər Məmmədli də özünə Yasamal rayonu, Xiyabani küçəsi, ev 192 B ünvanda yeni tikilidə mənzil alıb. Bu əmlakı Ələsgər Məmmədli məhz Akif Qurbanovla iş birliyi yaradandan sonra ala bilib. Maraqlıdır, bəs görəsən o, bu mülkləri kimin maaşı ilə izah edəcək? Növbəti canlı yayımda digər maraqlı nağılları gözləyirik... Qurbanovun çıxışından gəlinən ümumi nəticə belə oldu ki, adam özündən bir dissident obrazı yaratmağa çalışır. Amma bu “fağır dissident”in həyat yoldaşı çox yüksək maaşlı işdə çalışır. Nəticədə özlərinə milyonçulara layiq məişət qurublar. Milyonçu-dissident – bu, nəsə yeni məsələdir. Əvvəllər “dissident” deyiləndə qətiyyən lüks mənzil və həyətində hovuzu olan villa göz önünə gəlmirdi. Bunu da gördük. Mövzuya davam edəcəyik. Geri dön |