Ana Sayfa > Hadisə / Manşet > "Loğman" klinikasında QƏSSABXANA qaydaları

"Loğman" klinikasında QƏSSABXANA qaydaları


4-04-2018, 08:26. Yazar: admin
"Loğman" klinikasında QƏSSABXANA qaydaları
Bakıda, Nizami rayonunda fəaliyyət göstərən "Loğman" klinikası ilə bağlı informasiyalar ictimayyət tərəfindən narahatlıqla qarşılanmaqdadır. Belə ki, redaksiyamıza müraciət edən xəstə yaxınları bu klinikadakı özbaşınalıqlara müvafiq dövlət qurumlarının reaksiya verməsinin vacibliyini qeyd edirlər.

Adının çəkilməsini istəməyən xəstə yaxınlarından biri DİA.AZ-a açıqlamasında bildirdib ki, başdan-başa bazar qaydaları ilə idarə olunan klinikanın həkimləri də savadsızlıqları ilə diqqət çəkirlər: "Klinikanın qapısından girəndən pul verirsən, amma əvəzində naşı həkimlərin əlinə düşürsən. Bunları yoxlayan yoxdurmu? Səhiyyə nazirliyi hara baxır? Onlar bu adamların hardan diplom aldıqları ilə maraqlanmırlarmı? Elə bil, qəssabdırlar".

Diplomdan söz düşmüşkən, DİA.AZ olaraq apardığımız araşdırmalardan aydın olur ki, sən demə, hazırda "Loğman" Klinikasının baş həkimi vəifəsini tutan gürcü əsilli Lika xanım Şixiyeva özünü bu gün "məşhur cərrah" kimi təqdim etsə də, əslində o, heç də iddia etdiyi kimi Tibb Universitetinin məzunu deyil. Hər halda bu məsələni Səhiyyə və Təhsil nazirlikləri araşdırsa, daha yaxşı olar. Aydın olar ki, Lika xanım əslində Elşad Abdullayevin rektoru olduğu Azərbaycan Beynəlxalq Universitetini bitirib və oranı da hansı üsulla bitiridilər, orada hansı təhsili verirdilər... bu da hər kəsə aydındır.

Bununıla bağlı dia.az-a müraciət edən xəstə yaxınlarından biri onu da vurğuladı ki, hazırda saxta diplomlu baş həkim risqli əməliyyatlara belə girir: "Görün, insanlarımızın taleyi kimlərin əlindədir. Mənim yaxın adamım hazırda orada müalicə alır. Pulunu ödədiyimdən, müalicəni yarımçıq dayandıra bilmirəm. Çünki yeni müalicəyə pulumuz yoxdur. Nəticəsini gözləyirəm, bundan sonra hüquq-mühafizə orqanlarına şikayət edəcəm. Buradan da səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edirəm: Cənab nazir, bu adamlara kim səlahiyyət verib ki, səhiyyə sisteminə qəssab qaydalarını gətirsinlər".

Bildirək ki, Dia.az olaraq "Loğman" klinikası ilə bağlı maraqlı faktları da əldə etmişik. Yaxın vaxtlarda həmin materialları da təqdim edəcəyik. Bizi izləməkdə davam edin. Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri dön