Ana Sayfa > Hadisə / Manşet > Məzahir Pənahov mediaya çağırış etdi: "Biz bir yerdə olmalıyıq"
Məzahir Pənahov mediaya çağırış etdi: "Biz bir yerdə olmalıyıq"6-02-2018, 13:50. Yazar: admin |
“Azərbaycan ictimaiyyəti kifayət qədər savadlı, intellektualdır. Bu il Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Ölkədə bu seçkiyə maraq böyükdür”. “Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın növbədənkənar Prezident seçkiləri ilə bağlı keçirilən iclasında deyib. O bildirib ki, seçkilərdə Seçki Məcəlləsinin və Konstitusiyanın tələblərinə zidd hər hansı hadisə baş verə bilməz: “Hər hansı problem olarsa, MSK dərhal araşdırma aparacaq. Biz məsələləri daha çox namizədin xeyrinə həll etməyə çalışırıq. Seçkilərə diqqətli yanaşmalıyıq. İnanıram ki, Kütləvi İnformasiya Vasitələri (KİV) də bu seçkini lazımınca işıqlandıracaqlar. Media vasitələri millətin avanqard qrupudur. Ölkədə baş verən proseslər onların vasitəsilə işıqlandırılır. Əgər hər hansı media orqanı dövlətə xidmət edirsə, burada problem ola bilməz. Müdaxilə etməyə cəhd edənlər ola bilər. Biz bir yerdə olmalıyıq”. Geri dön |