Ana Sayfa > Hadisə / Manşet > Cəlilabadda insident: Gənclər və İdman idarəsinin rəisi xanım məmurları döydü
Cəlilabadda insident: Gənclər və İdman idarəsinin rəisi xanım məmurları döydü25-04-2017, 11:45. Yazar: admin |
Gənclər və İdman Nazirliyinin Cəlilabad rayon şöbəsinin rəisi Ramin Rəhimovla bağlı ilginc məlumat yayılıb. Bildirilir ki, rayonda iki vəzidəli xanıma qarşı fiziki güc tətbiq edən və təhqirə yol verən şöbə müdiri haqda hazırda rayon prokurorluğu tərəfindən araşdırma aparılır. AFN xəbər verir ki, aprelin 14-də baş verən ilk hadisə Cəlilabadda böyük səs-küyə səbəb olub. Səbəbi məlum olmayan hadisə zamanı R.Rəhimov Cəlilabad rayon Təhsil Şöbəsinə gələrək Təhsil Şöbəsinin müdürü Elminaz xanım Nadirovanın iş otaqına hücum edib, onu küçə söyüşlərilə təhqir edib. Məlumatı redaksiyamıza verən mənbə bildirir ki, R.Rəhimov aprelin 17-də növbəti fiziki güc tətbiqini Cəlilabad rayon İcra Hakimiyyətinin İçtimai- Siyasi və Humanitar məsələlər üzrə müavini Dürdanə Əliyevaya qarşı edib: “D.Əliyevaya qarşı da olduqca ağır, qeyri-etik ifadələr işlədən idarə rəisi ona fiziki güc göstərib. R.Rəhimov İcra Hakimiyyətində çalışan insanların köməyilə hadisə yerindən uzaqlaşdırılıb”. Mənbə bildirir ki, məsələ hazırda Cəlilabad rayon Prokurorluğunda araşdırılır. Cəlilabad RİH-in müavini D.Əliyeva da mediaya açıqlamasında olayı təsdiqləyib. Qeyd edib ki, məsələ ilə bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır. Mənbəmiz onu da əlaqə edib ki, Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfləri çağırıb barışdırıb. Lakin özlüyündə başçının R.Rəhimova qarşı olduğu da söhbət mövzusudur. Məsələ ilə bağlı Gəncləd və İdman Nazirliyinin mətbuat xidmətinə, eləcə də Cəlilabad rayon Gənclər və İdman İdarəsinə etdiyimiz zənglər cavabsız qaldı. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya sosial şəbəkələr vasitəsilə də müraciət etsək də, cavab almaq mümkün olmadı. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə ona ünvanladığımız sorğu ilə bağlı araşdırma aparıb cavab verəcəyini bildirsə də, hələlik cavab ala bilməmişik. Geri dön |