Ana Sayfa > Hadisə / Manşet > “Akkord”dan Prezidentə şikayət – Bir ailənin 3 üzvü xəstəxanalıq olub / VIDEO+FOTO

“Akkord”dan Prezidentə şikayət – Bir ailənin 3 üzvü xəstəxanalıq olub / VIDEO+FOTO


22-03-2017, 08:54. Yazar: admin
“Akkord”dan Prezidentə şikayət – Bir ailənin 3 üzvü xəstəxanalıq olub / VIDEO+FOTO
"Akkord” şirkəti ziyan vurmuş şəxsin pulunu ödəmir. BakiPost.az-a bu barədə məlumatı zərərçəkən -
Qasımov Emil İlham oğlu verib. Onun sözlərinə görə, günahın tam sübuta yetirilməsinə, hətta sürücün sərxoş halda avtomobili idarə etməsi müəyyənləşməsinə başmayaraq, dəyən ziyan ödənilmir: "2016-cı il noyabrın 19-u, saat 14:05 radələrində Nobel prospektinin NZS yolu ilə kəsişməsində svetoforun qırmızı işığında dayanmışdım. Bu vaxt idarə etdiyim 99 AR 102 dövlət nömrə nişanlı avtomobilimə AKKORD şirkətinə məxsus 90 JZ 894 dövlət nömrə nişanlı "MERCEDES” beton pompa maşını yüksək sürətlə çırpıldı. Hadisə nəticəsində mən və daha 2 nəfər ailə üzvüm təcili tibbi yardım maşını ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılmışıq. Hadisə nəticəsində ailə üzvlərim ağır bədən xəsarətləri aldı. avtomobilim yararsız hala düşdü.



Xətai rayon baş polis idarəsinin apardığı araşdırma nəticəsində sürücünün sərxoş olduğu müəyyən edildi.
Baş vermiş qəza nəticəsində hadisədən 4 ay keçməsinə baxmayaraq AKKORD şirkəti bu hadisə ilə maraqlanmayıb, onlara etdiyim müraciətlərə məhəl qoyulmayıb”.
Şikayətçi bildirib ki, məsələ ilə bağlı Prezident İlham Əliyevə və hüquq-mühafizə orqanlarına müraciət edəcək.


“Akkord”dan Prezidentə şikayət – Bir ailənin 3 üzvü xəstəxanalıq olub / VIDEO+FOTO
“Akkord”dan Prezidentə şikayət – Bir ailənin 3 üzvü xəstəxanalıq olub / VIDEO+FOTO
Geri dön