Ana Sayfa > Hadisə / Manşet > Rəcəb Babaşov Qazaxda vəzifələri satışa çıxarıb... - Pulun varsa, irəli dur!

Rəcəb Babaşov Qazaxda vəzifələri satışa çıxarıb... - Pulun varsa, irəli dur!


17-06-2016, 11:22. Yazar: admin
Rəcəb Babaşov Qazaxda vəzifələri satışa çıxarıb... - Pulun varsa, irəli dur!
"Çiçəyi burnunda olan" Qazax rayon İcra Hakimiyyətinin rəhbəri, keçmiş vergi məmuru Rəcəb Babaşov elə yeni karyerasının ilk günlərindən narazılıq yaratmağa müvəffəq olub. Əslində, köhnə postunda kifayət qədər intriqant birisi kimi tanınan və ölkənin gizlində qalan, realda isə yetərincə böyük imkanlara malik olan sirli oliqarxlarından biri kimi təqdim olunan Rəcəb Babaşov üçün yeni vəzifəsinə YENİ GƏLİR YERİ ünvanı kimi baxması təbii hal idi.

Zamanında Cavid Qurbanovun kölgəsində milyonları xırıd edən Babaşov mediatik fiqura çevrildikdən sonra təcili surətdə köhnə postundan kapitulyasiya qərarı verdi. Artıq KİV-lər "onun yerini bilirdi" və mətbuatın gündəmində onun əlindəki "777-lər" imperiyası ilə bağlı türlü-türlü ifnromasiyalar dövriyyəyə buraxılmaqda idi.

DİA.AZ bildirir ki, beləcə köhnə postunda çox otura bilməyəcəyinin fərqinə varan Babaşov yeni karyera yolunu seçmə qərarı verir. Nəhayətdə Qazax RİH başçısı postuna təyinat alır və bununla da hər şey yenidən başlayır...

DİA.AZ-a bununla bağlı danışan Qazax sakinləri bildirirlər ki, Rəsəb Babaşov onların rayonunda elə ilk günlərdən özünü göstərməyə başlayıb. Mənbənin söylədikləri:

"Təbii ki, bu göstərişdə yaxşı mənada nəsə tapmaq çətindir. Bütün postlara gəlir yeri kimi baxan Babaşov kənd icra nümayəndəsindən tutmuş, başçının müavinlərinə qədər - hər bir vəzifəliyə gəldiyi ilk gündən haqq kəsib. Onun istədiyini verməyənin vəzifəsi anındaca satışa çıxarılır. Artıq onlarla belə fakt var. Babaşov rəsmən kürsü alverilə məşğuldur".

Mənbə dia.az-a onu da bildirib ki, hazırda satışda Qazax RİH başçısının iki müavini postu da var: "Pulun varsa, Qazaxda bəzifə satın ala bilərsən. Sezonudur. Babaşovun bundan sonra nələri satacağını... inşallah görəcəyik".

Onu da bildirək ki, dia.az əməkdaşı Qazaxdan yeni başçı ilə bağlı maraqlı reportaj da hazırlayıb. Yaxın günlərdə həmin reportajı da diqqətinizə təqdim edəcəyik. Bizi izləyin.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Geri dön