Ana Sayfa > Hadisə / Manşet > Əhali qəbul etmir, Lütfəli Babayevin adamları nəğd “10 manat” yığır
Əhali qəbul etmir, Lütfəli Babayevin adamları nəğd “10 manat” yığır12-05-2016, 09:35. Yazar: admin |
Bu gün Azərbaycanın bir çox bölgələrində olduğu kimi Zərdab rayonunda da əhalidə yüksək vətənpərvərlik, orduya dəstək və torpaqlarımızın işğaldan azad edilməsi üçün müharibə əzmkarlığı təqdirəlayiq dəyərləndirilir. Bunu əhali öz çıxışlarında, redaksiyamıza edilən zənglərdə də dilə gətirir. Zərdab camaatı hazırki şəraitdə lazım gəldikdə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna da vacib dəstək göstərməyə də hazırdır. Bunu ölkə KİV-lərində rayonun icra başçısı haqqında dərc olunan tənqidi məqalələrin şərh hissəsində də qeyd edirlər. Təsadüfi deyil ki, əhali əslində rayonun icra başçısının əməllərindən bezdiyinə görə yardım fonduna ödəyəcəkləri vəsaitin bank vasitəsilə ödənilməsinin tərəfdarıdır. Amma rayon İH başçısı Lütfəli Babayevin sərəncamında olan şəxslərin əli ilə yığılmasını istəmirlər. Bu da ondan irəli gəlir ki, Lütfəli Babayevə inam yoxdur, rayonun büdcə təşkilatlarında çalışan hər bir şəxsdən toplanan 10 manatın belə mənimsənilməsi ehtimalı çox böyükdür. Belə hallar Lütfəli Babayevin rayona rəhbərliyi dönəmində intensiv baş verdiyindən əhalinin rayon icra başçısına inamı qalmayıb. Təsadüfi deyil ki, Lütfəli Babayev rayona rəhbərlik etdiyi illərdə müxtəlif tədbirlər adı ilə büdcə təşkilatlarında çalışan şəxslərdən yığdığı pulları mənimsəyib. Geri dön |