Ana Sayfa > Hadisə / Manşet > Vergilər Nazirliyində hələ də MTN rüzgarı əsir…

Vergilər Nazirliyində hələ də MTN rüzgarı əsir…


11-05-2016, 10:06. Yazar: admin
Vergilər Nazirliyində hələ də MTN rüzgarı əsir…
Redaksiyamıza bir qrupp idxalçı sahibkar tərəfindən müraciət daxil olub. Qeyd edək ki, prezident İlham Əliyevə ünvanlanan müraciətin Vertikal.az-a daxil olan nüsxəsində Vergilər Naziri Fazil Məmmədovun işçilərinin özbaşınalığından giley olunur. Müraciətdə deyilir:

«Cənab prezident. Sizə Azərbaycan Respublikasından kənd təsərrüfatı məhsulları ixracı ilə məşğul olan bir qrup sahibkar müraciət edir. Qeyd edək ki, buna qədər də yerli KİV-lərdə problemimiz işıqlanıb. Müxtəlif dövlət instansiyalarına da şikayətimizi çatdırmışıq.

Amma buna baxmayaaq, hələ də Vergilər Nazirliyi bizə qanunsuz olaraq aktlar yazaraq, cərimələr kəsir və bu qanunsuz cərimələrə söykənərək absurd məhkəmə iddiaları ilə çıxış edirlər.

Biz ixracatla məşğul olan sahibkarlar fəaliyyətimizdə Sizin diqqət və qayğınızı hiss edirik. Amma buna rəğmən Vergilər Nazirliyinin işçiləri istənilən dövlət himayəsini kölgə altında qoyan özbaşınalıqlarla məşğuldur ki, bunun da ziyanını təkcə biz çox, həm də kəndli-fermerlər də görməkdədirlər. Hər halda, onların yetişdirdiyi məhsulların satışını həyata keçirənlər əzilirsə, onların da məhsullarının xarici bazarlara çıxışı əngəllənir».

Daha sonra Vertikal.az-a daxil olan müraciətin mətnində deyilir: «Bir neçə ay öncə vergi cinayətləri istintaqı idarəsinin rəisi olmuş Vidadi Məmmədov həbsə atıldı. Amma nun qanunsuz əməllərinə hüquqi qiymət verilmədi. Biz də məhz Vidadədi Məmmədovun özbaşınalıqlarının qurbanıyıq və məhz onun qanunsuz audit hesablamaları nəticəsində bizə cərimə kəsilib.

Belə çıxır ki, hələ də bu idarənin rəisi Vidadi Məmmədovdur və Vergilər Nazirliyində hələ də keçmiş MTN rəhbəri Eldar Mahmudovun iradəsi hakimdir. Çünki Vidadi Məmmədov məhz Eldar Mahmudovun VN-dəki əsas dayağı idi».


Daha sonra prezident İlham Əliyevdən kömək istədiklərini bildirən sahibkarlar bildirirlər ki, haqsız vergi cərimələri səbəbindən bu gün təqib olunanlar da məhz Qarabağ əlilləri, müharibə veteranlarıdır. Vertikal.az bildirir ki, müraciəti aşağıdakı şəxslər imzalayıb:

1. Əsədov Aqil Adil oğlu - 1-ci qrup Qarabağ əlili
2. Məmmədov Şahlar Məhəmməd oğlu - 1-ci qrup Qarabağ əlili
3. Hidayətov Yaqub Raqub oğlu
4. Vəliyev Ramin Hüseyn oğlu
5. Bayramov Fərrux - 2-ci qrup Qarabağ əlili
6. Hidayətov Zöhrab Raqub oğlu
7. Ağalarov Emil Cəmil oğlu
Və başqaları.

Qeyd edək ki, müraciət edənlərin bəziləri həbsdədir, bəziləri barəsində məhkəmə qərarı çıxarılıb və eləsi də var ki, ölkədən qaçaq düşüb. Buna səbəbsə məhz qanunsuz vergi cərimələridir.

Mövzu diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri dön