Ana Sayfa > Hadisə / Manşet > Sevindik Hətəmova qarşı 100 minlik iddia

Sevindik Hətəmova qarşı 100 minlik iddia


21-01-2016, 10:16. Yazar: admin
Sevindik Hətəmova qarşı 100 minlik iddia
Neftin ucuzlaşması fonunda ölkədə müşahidə olunan iqtisadi çətinliklər “qara qızıl”dan gələn pulların bu illər ərzində səmərəsiz şəkildə istifadə olunduğunu bir daha ortaya çıxardı. Xüsusi ilə də məmurların büdcə pullarını talan etməsinin acı nəticələrini dövlət və millət olaraq indi hamımız gündəlik həyatımızda hiss edirik. Prezident İlham Əliyev də son çıxışında bu məqama xüsusi toxunaraq qeyd etdi ki, büdcə pullarını müxtəlif yollarla mənimsəyən məmurlar cəzalandırılacaq…
Qeyd edək ki, neft pulları ən ucqar rayonlarda belə müxtəlif adlar altında mənimsənilib. Belə ki, yerlərdə məmurlar büdcə vəsaitlərini aglasığmaz şəkildə talan ediblər. Məsələn, Yardımlı rayonunda büdcə vəsaitləri bayram tədbirlərinin keçirilməsi adı altında “xərclənib”. Əslində isə yüz min manatlarla dövlət büdcəsinin pulları mənimsənilib. Məsələn, Yardımlının icra başçısı Sevindik Hətəmov iki il əvvəl bayram atəşfəşanlığı keçirmək adı altında 100 min manat vəsait “xərcləyibmiş”. Amma nədənsə Yardımlıda bu bayram atəşfəşanlığını görən olmayıb. Məlumatarda iddia olunur ki, bayram atəşfəşanlığını təşkil etmək üçün keçirilən tenderi Sevindik Hətəmovun müavini Mahir Mirzəyevə məxsus şirkət “udub”. MİRANA-ASTON VİLLA MMC adlı şirkətin “qalib” gəldiyi tenderin dəyəri 100 min manat olub. Hansı ki, Mahir Mirzəyev ölkə mediasında “tenderlər kralı” kimi təqdim olunur.
Yeri gəlmişkən qeyd edək ki, Yardımlı rayonun Maliyyə Şöbəsinin müdiri də bu məbləğdə vəsaitin bayram atəşfəşanlığı üçün ayırdığını təsdiqləyib. Ancaq pul başqa məqsədlər üçün sərf olunub. Maliyyə şöbəsinin müdiri icra başçısının tapşırığına məcbur əməl etdiyi üçün tenderdə “qalib” gəlmiş şirkətə pul ayırdığını yaxın ətrafına etiraf edib.
Göründüyü kimi, ölkənin ucqar dağ rayonu olan Yardımlıda 100 min manat büdcə vəsaiti bayram atəşfəşanlığı adı altında həzm-rabedən keçirilib. Bu fakt rəsmi sənədlərdə də əksini tapıb. Görəsən, Sevindik Hətəmova sual verən tapılmayıb ki, Yardımlı kimi kasıb bir rayonda 100 min manat ayırıb bayram tədbirləri keçirmək kimə lazım idi?
Hələ bu Sevindik Hətəmovun Yardımlıda necə sevinclər yaşadığını əks etdirən kiçik bir faktdır.
Sonda qeyd edək ki, Yardımlıda rəsmiləşdilən sözügedən bayram atəşfəşanlığını görüb, xəbər edənə muştuluq verəcəyik…

Geri dön