Ana Sayfa > Hadisə / Manşet > Əgər Səlim Müslümovu maraqlandırırsa...

Əgər Səlim Müslümovu maraqlandırırsa...


14-01-2016, 09:37. Yazar: admin
Əgər Səlim Müslümovu maraqlandırırsa...
Sosial müavinətlərin verilməsində yeni qaydaların tətbiqi əhalinin müdafiəyə ehtiyacı olan qrupunun maraqlarını nəzərdə tutsa da hələ də qaydalara əməl etməyən və beləliklə də dövlətin sosial yardım proqramının şübhə altına alınmasına şərait yaradanlar var.
Bizimxeber.az-a Xəzər rayon Əmək və Əhalinin Sosial Müdafiə Şöbəsindən çox sayda şikayət daxil olub. Şikayətçilərin sözlərinə görə, bu rayon üzrə sosial müavinətlər yenə 6 ay prinsipi ilə verilir. Şöbə müdirinin əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova yaxınlığı ilə seçidliyindən yol verdiyi bütün qanunsuzluqların diqqətdən kənarda qalacağından əmindir. Başqa sözlə desək, cəzasızlığa çox əmindir.
Xəzər rayon Şagan qəsəbəsində yaşayan bir neçə şikayətçinin sözlərinə görə, sosial müavinətin verilməsində süni maneələr yaradılır ki, bu da məhz rüşvət üçün şərait yaratmaq deməkdir. Uzun süründürməçilik onsuz da çətin vəziyyətdə olan şəxsləri daha da çətin vəziyyətə salınması deməkdir ki, buna da şöbə müdirinin göstərişi ilə şərait yaradılır. Şikyətçilərin sözlərinə görə, bəzi hallarda tələb olunan bir sənədlə bağlı günlərlə süründürməçiliyə məruz qalırlar. Etiraz bildirənlərə qarşı xüsusi cəza tədbirləri həyata keçirilir və onların sosial müavinət almaq imkanları sıfıra endirilir.
P.S. Şikayətçilər şöbədə yaradılan bu süründürməçilik və qanunsuzluqlardan sonra çətinliklə də olsa sosial müavinət almağa nail olublar. Yazıda onların adlarını açıqlamasaq da , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinə təqdim etməyə hazırıq.

Geri dön