Ana Sayfa > Hadisə / Manşet > Reklam biznesini ləkələyənlər - “Gəray bəyin“ sərgüzəştləri
Reklam biznesini ləkələyənlər - “Gəray bəyin“ sərgüzəştləri26-02-2019, 10:25. Yazar: admin |
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi ətrafında yaranan qalmaqalı 2015-ci ilin ən gurultulu hadisəsi adlandırsaq, yəqin ki yanılmarıq. Bu barədə çox deyilib, çox yazılıb. Amma bu nazirliyin repressiv maşınının onlarla iş adamının biznesinə, hətta həyatına son qoyduğu bildirilsə də konkret adlara gəlincə mətbuatda çox az sayda insan hekayələrinə yer verilır. Biz sizə onlardan biri haqqında söhbət açacağıq. Moskvada təhsil almış qəhrəmanımız İsmayıl Səlimov universiteti bitirəndən sonra elə həmin şəhərdə qalır. Ötən əsrin 80-ci illərində vətənə xeyir vermək üçün Azərbaycana gəlir. Bir müddət prokurorluq orqanlarında çalışan Səlimov hüquq mühafizə orqanlarında fəaliyyətini dayandıraraq bizneslə məşğul olmaga başlayır və küçə reklamı ilə məşğul olmaq üçün “Mediaqraf “ şirkətini yaradır. Bir müddət onun biznesi uğurla davam edir və şirkətin dəyərini 700 min dollara qədər artırmağa nail olur. Amma Səlimovun həyatında problemlər,özünün təbirincə desək, ABŞ-ın McCann Erickson şirkətinin Bakı təmsilçisi Gəray Yusifzadənin və onun MTN-də yüksək rütbə tutan havadarı “Akula Akif“ ləqəbli Akif Mustafayevin onun biznesinə tamah saldığı zamandan başlayır. “Bu adam McCann Erickson şirkətində kuryer kimi çalışmağa başlamışdı. Amma çox kiçik zaman kəsiyində iyrənc əməlləri ilə özünə yol aça bilir və bu şirkətin Bakı təmsilçiliyinin rəhbəri olur”, - deyən İsmayıl Səlimovun sözlərinə görə, üçüncü şəxslərin adına Bakının bir neçə yerində reklam lövhəsi (şit) qoymaq üçün yer alan Gəray Yusifov 2010-cu ildə İsmayıl Səlimovu “Naxçıvan” mehmanxanasında görüşə çağıraraq açıq şəkildə şirkətini ona satmağı təklif edir. Şirkətin İsmayıl Səlimov tərəfindən 700 min dollar dəyərində qiymətləndirildiyini eşidəndə isə cənab Yusifov narazılıq edir və şirkəti daha ucuz qiymətə almaq istəyini bildirir. “Mən ona “yox” cavabı verən andan Bakı şəhər reklam departamentinin rəisi Əskərovla ciddi problemlər yaşamağa başladım. Belə ki, cənab Əsgərov şirkətimə məxsus reklam şitləri üçün icarə haqqını qaldırdı, onları prezidentin təhlükəsizliyi üçün təhlükə yaradan yerdə yerləşdirildiyini bildirərək sökməyi təklif edir, lövhələri torbaya salaraq bağlatdırmağa başlayır. Artıq bir neçə mənbədən Əsgərovun bu işləri bilavasitə Gəray Yusifovun istəyi ilə yerinə yetirdiyi mənə bildirilmişdi” - deyə iş adamı danışır. 2012-ci ilin iyununda hadisələr kuliminasiya nöqtəsinə çatır. Reklam departamentinin rəhbəri “Mediaqraf“ şirkəti ilə müqaviləni dayandırdığını bildirir. Üstündən az keçmiş İsmayıl Səlimov məhkəməyə müraciət edir və 1-ci iqtisad məhkəməsində hakimin otağına daxil olanda reklam departamentinin nümayəndəsi kimi özünü təqdim edən “Bakı hüquq mərkəzi”nin vəkili Mehman Sultanovla üzləşir. Hakim tərəfləri sülh yolu ilə problemi həll etməyə çağıranda qəfildən vəkil İsmayıl Səlimova “Bəs Siz niyə şirkətinizi satmaq istəmirsiz? Axı sizə təklif edilib“ deyə müraciət edir. Reklam departamentini təmsil edən vəkilin birdən Səlimovla Gəray Yusifov arasında baş tutmayan sövdələşmə barədə danişması təbii sabiq sovet prokurorunun təəccübünə səbəb olur və biznesmen belə bir sövdələşməyə razı olduğunu bildirir. “Mən hakimin yanından çıxar-çıxmaz mənə Gəray Yusifov zəng vuraraq görüşməyi təklif edir və şirkəti 350 min manata satmaq tələbini qoyur. Daha sonra bizim “Baki hüquq mərkəzində” görüşümüz baş tutur. Görüşdə mən və Gəraydan başqa onun dayısı Novruz Əliyev, hüquq mərkəzinin rəhbəri Aydın Bağırov və vəkil Mehman Sultanov da iştirak edir. Gəray Yusifov McCann Erickson şirkətində çalışdığından, “Mediaqrafı” şərti olaraq dayısı Novruz Əliyevin adına sənədləşdirmək məcburiyyətində qaldığını söylədi. Qəfildən Gərayın dayısı Novruz Əliyev məni dostu adlandırıdığı MTN əməkdaşı “Akula Akif”lə qorxutmağa başlayır və şirkəti daha ucuz qiymətə satmasam onu zorla pulsuz alacağını bildirir. Söhbətə qarışan Aydın Bağırov “sən bilirsən axı onların arxasında kimlər dayanıb, razılaş” deyə məni dilə gətirir. Sonda əlacsızlıqdan razılaşmağıma baxmayaraq onlar bir gün sonra şirkətin qiymətini daha da ucuzlaşdırır və məndən qəti rədd cavabı alırlar”, - deyə İsmayıl Səlimov bildirdi. Sabiq sovet prokurorunun dediyinə görə bundan sonra özünü “prospekt uşağı” adlandıran Novruz Əliyev, “Akula Akif” və Gəray Yusifzadə üçlüyü “Mediaqraf”ı ələ keçirmək əməliyyatına start verir. Reklam departamentinin rəhbəri Əsgərovun əli ilə işləyən “üçlük” vəhşicəsinə “Mediaqraf”a məxsus bütün küçə reklamlarının demontaj etdirərək naməlum istiqamətə daşınmasını təşkil edirlər. Onların yerinə isə sənədlərə görə, Əsgərovun xanımı Nazilə Rüstəmovaya məxsus olan “Art media servis” şirkətinin reklam şitləri düzülür. Bakıda biznesini itirən İsmayıl Səlimov Sumqayıtda eyni reklam növü ilə məşğul olmaga cəhd edir. Amma Gəray Yusifov, “Akula Akif” və Novruz Əliyev cütlüyü eyni ssenari ilə iş adamının Sumqayıt şəhərindəki biznesini və Bakıda açdığı dükanını da bağlatdırmaqla ondan iyrənc formada qisas alırlar. Biznesmenin Bakıda yerleşən 60 laytboksu qeyri qanuni yolla əlindən alınır. O zamandan indiyə kimi dəfələrlə müxtəlif instansiyalara müraciət etsə də MTN-dən uzanan əllər iş adamının bir məktubuna belə cavab verilməsinin qarşısını uğurla alır. Onlarla cinayət işinin üstünü açan keçmiş müstəntiq repressiv maşının qurbanına çevrilir. Amma İsmayıl Səlimovun təbirincə desək , MTN-dən himayə olunan McCann Erickson şirkətinin Bakı təmsilçisi təkcə “Mediaqraf”i deyil, təmsil etdiyi ABŞ şirkətini də talan edir. “Tez bir zamanda o , öz şəxsi şirkətini yaradaraq , hətta amerika şirkətinin sifarişlərini oğurlamağa başlayır. Bu əsasən McCann Erickson şirkətinin Bakı təmsilçiliyinin həmin şirkətin Turkiyə nümayəndəliyinin tabeçiliyindən alınıb Rusiya ofisinə verilməsindən sonra müşahidə olunmaga başladı. Belə ki , əgər əvvəllər biz McCann Ericksonla müqavilə bağlayırdıqsa, daha sonra McCann Ericksonun müştəriləri ilə bağlı müqavilələri elə Yusifovun özünə məxsus “Orqanik” şirkəti ilə bağlayırdıq. Bundan başqa onun reklam bazarında NewMedia və Havas Media şirkətləri də var idi”, - deyə İsmayıl Səlimov söylədi. Milli Təhlükəsizlik Nazirliyinin repressiv maşınının dağılmasından məmnun qalan İsmayıl Səlimovun hazırda yeganə istəyi Gəray Yusifov, Əsgərov və Novruz Əliyevin cinayət məsuliyyətinə cəlb edilməsidir. “Bu adamlar illər uzunu qazandığımı əlimdən alıb , mən şəkərli diabetdən əziyyıt çəkirəm, ürəyimdə ciddi problemlər var. “Akula Akif” ləqəbli Akif Mustafayev ölkədən qaçıb. Onun himayə etdiyi Gəray Yusifov, Novruz Əliyev və Əskərov azadlıqdadırlar və qanunsuz yolla əldə etdikləri biznesi idarə edirlər. Mən prokurorluq orqanlarından onları da məsulyyətə cəlb edilməsini tələb edirəm . Hesab edirəm ki, məmurların ailə üzvlərinin də bizneslə məşğul olmasına qadağa qoyulsa, Bakı şəhər reklam departamentinin rəhbərliyi kimlərləsə iş birliyi qurub bu kimi iyrənc əməllərə əl ata bilməzdi. Həmçinin “Art media servis” şirkətinin bağlanmasını və biznesimin özümə qaytarılmasını tələb edirəm, - deyə Səlimov vurguladı. İsmayıl Səlimovun bizə söylədikləri böş sözlər deyil. Onun hər kəlməsinin arxasında konkret sənədlər durur və deməli ölkədə müstəqil məhkəmə sistemının olması kifayətdir ki, iş adamı qanunla ona düşən biznesini qaytara və günahkarlar cəzalandırıla bilər. İş adamının hələ də öz biznesindən qıraqda qalması, görünür ölkə başçısının qəzəbinin belə Gəray Yusifov, Novruz Əliyev və “Akula Akif” üçlüyünün gücünun qarşısında aciz olmasından xəbər verir, ya da hələ hüquq mühafizə orqanlarının bu vəya digər səbəblər üzündən Səlimovun təbirincı desək bu cinayətə əli çatmır. Amma bu məsələdə qaranlıq qalan tərəf Gəray Yusifovun və onun himayədarlarının “Mediaqraf” şirkətinin biznesini əlinə keçirmiş “Art medi servis” şirkətində nə kimi marağa malik oması məsələsidir. Bunu aydınlaşdırmaq və ümumiyyətlə Gəray Yusifovun məsələyə münasibətini öyrənmək üçün bu ilin martından dəfələlə McCann Erickson Azərbaycan təmsilçiliyinə zəng vurmağımıza və məktub yazmagımıza baxmayaraq, cavab ala bilmədik. Hətta McCann Erickson şirkətinin ABŞ ofisindən ”sizə Bakıdaki təmsilçiliyimizdən məlumat veriləcək” cavabını alsaq da cənab Yusifovdan hələ də xəbər çıxmayıb. Düzdür, susmaq qızıldır. Amma susmaq həm də razılıq əlamətidir. “Mediaqraf” şirkətinin bağlanmasında və təmsilçisi olduğu McCann Erickson şirkətinin sifarişlərinin mənimsənilməsində əlaqəli olduğu bildirilən Gəray Yusifovun əli “Art media servis” şirkətinin cibindən çıxsa, buna təəccüb edən çox az tapılar. Yeri gəlmişkən, Bakıda küçə (outdoor) reklamı ilə məşğul olan bir sıra etibarlı mənbələrdən aldığımız məlumata görə, Bakı Aeroportunda reklam hüquqlarının əksər hissəsini həyata keçirən SkyBridge şirkəti də qanunsuz biznes fəaliyyəti həyata keçirən Gəray Yusifova məxsusdur. Yeni aeroport terminalında reklam hüquqlarına malik SkyBridge şirkətinin aeroportda da bu hüquqları dələduzluqla almağına dair böyük şübhələr var. Geri dön |