Ana Sayfa > Gündəm / Manşet > Ziya Məmmədov da neft biznesinə girişir: «Qarant-Petrol» şirkəti təsis edilir

Ziya Məmmədov da neft biznesinə girişir: «Qarant-Petrol» şirkəti təsis edilir


10-03-2015, 10:14. Yazar: admin
Ziya Məmmədov da neft biznesinə girişir: «Qarant-Petrol» şirkəti təsis edilir
Nəqliyyat Naziri Ziya Məmmədov öz bisnesini genişləndirmək üzərədir. Vertikal.az-ın əldə etdiyi informasiyada bildirilir ki, yaxın günlərdə NN rəhbərinin bununla əlaqədar gedişləri müşahidə olunacaq.

Məlumata görə, Ziya Məmmədov özünü neft sektorunda da sınama fürsəti əldə edib.

Bu gün kifayət qədər məhdud olan neft sektoru biznesinə Ziya Məmmədovun «Qarant» Holdinqi daxil olma fürsəti əldə edib: «Hələlik «Qarant» Holdinqin hansı istiqamətdə özünü göstərəcəyi məlum deyil. Amma artıq holdinqə «Qarant-Petrol» adlı strukturun da daxil olacağı gözləniləndir».

Bəzi məlumatlara görə, nazirin yeni quracağı neft şirkəti də yanacaq biznesi ilə məşğul olacaq.

Geri dön