Ana Sayfa > Gündəm / Manşet > Hakimiyyətdən Malik Həsənova "qırmızı kart"

Hakimiyyətdən Malik Həsənova "qırmızı kart"


29-10-2015, 09:43. Yazar: admin
Hakimiyyətdən Malik Həsənova "qırmızı kart"
Xəbər veridiyimiz kimi, hökutəm MTN ətrafında baş verənlərdən dolayı bir qədər tərəddüd keçirməyə başlayıb. Elə həbs olunan kəşfiyyatçıların bir qisminin dövlətə xəyanətlə yanaşı, seçkilərə müdaxiləyə görə saxlanıldıqları da artıq rəsmi olaraq təsdiqlənib.

JAM.AZ xəbər verir ki, MTN şefi və onun ətrafındakıların parlament seçkilərinin gedişatına təsir etdiyi, namizədlərlə çıxış etdiyi də sirrli məsələ deyil. Məsələn, Çingiz Əsədullayev, Hacı Salıyev, İqbal Ağazadə hələlik siyahının başında duranlar arasındadır. Amma onlarla paralel olaraq önəmli bir namizəd də Eldar Mahmudov tərəfindən israrlı şəkildə dəstəklənib.

JAM.AZ xəbər verir ki, Eldar Mahmudovun 2010-cu ildə ortaya çıxardığı və hakimiyyət dairələrindən şəxsi xahiş əsasında deputat seçdirdiyi şəxs Malik Həsənovdur. 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən hazırda deputatlığa namizəd olan Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşıdır.

Böyük bizneslərə sahib olan Həsənovların Eldar Mahmudovla şərikli işləri də var. Hələ ötən günlərdə məlumat vermişdik ki, sabiq MTN şefi ilə komitə sədrinin «Azinko» tikinti şirkəti üzərindən ortaqlıqları mövcuddur. Bundan başqa, onların digər işlərdə də əlləri olduğuna dair bilgilər var.

JAM.AZ xəbər verir ki, bu ortaqlıqlar kadr məsələlərində də öz rolunu oynayıb. Elə bu səbəbdəndir ki, Kərəm Həsənovun DYP-də işləyən və rütbəcə kapitan olan qudası qısa müddətdə MTN-də mühüm baş idarələrdən birinin rəis müavini təyin olunub. Maraqlıdır ki, ölkənin təhlükəsizliyini təmin edən bir dövlət qurumu o qədər urvatsız hala gətirilib ki, hətta əməliyyat işlərindən zərrəcə xəbəri olmayan DYP işçisi kiminsə qudası olduğu üçün mühüm postlardan birinə təyinat alıb.

Amma mövzumuz bu deyil. Məsələ ondadır ki, Malik Həsənovun 2015-ci ildə keçiriləcək parlament seçkilərində də YAP-ın siyahısına adının düşməsinin səbəbkarı elə sabiq MTN şefi Eldar Mahmudov olub. JAM.AZ-a danışan mənbə iddia edir ki, Malik Həsənovun yenidən namizəd olaraq, mandat qazanmasına seçkilərdən xeyli əvvəl Mahmudov təminat verib. «O zaman YAP rəhbərliyindən israrlı şəkildə xahiş edib ki, Malik Həsənovu da siyahıya salsınlar və seçilməsinə yardımçı olsunlar».

Mənbə qeyd edir ki, 67 saylı Cəlilabad Şəhər Seçki Dairəsindən namizədliyi irəli sürülən Malik Həsənovun faktiki durumu yaxşı hesab olunmur. Dövlətə xəyanatda ittiham olunan Eldar Mahmudovla biznes ortaqlığı və seçki məsələsində anlaşma əldə etmələri üzə çıxması səbəbindən Həsənovun seçilməsinin özü sual altına düşüb. JAM.AZ-a danışan qaynaq iddia edir ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərinin 67 saylı dairə üzrə nəticələri məhz bu səbəbdən ləğv ediləcək. Hətta Kərəm Həsənovun vəziyyəti düzəltmək üçün araya girməsinin də heç bir fayda vermədiyi deyilir.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri dön