Ana Sayfa > Gündəm / Manşet > Xocalı sakini icra başçısından şikayətçidir
Xocalı sakini icra başçısından şikayətçidir28-10-2015, 09:41. Yazar: admin |
Vətəndaşlarımız tərəfindən “Gündəm Xəbər” qəzetinin redaksiyasına daxil olan şikayət məktublarının sayı gündən-günə çoxaldıqca, o halda bilib başa düşürük ki, hələ də dövlət və yaxud qeyri dövlət qurumlarının fəaliyyətlərində özbaşınalıqlar hökm sürür, vəzifə sahibləri daşıdıqları vəzifəyə sanki gəlir mənbəyi kimi baxırlar. Yəni, qanunsuzluq və özbaşınalıq mühiti, vətəndaşların süründürməçiliklərlə, minbir rəzalətlə və.s ilə üz-üzə qalmaları, hələ də tüğyan etməkdədir. Əgər bu belə olmasaydı, o halda əslən Xocalı rayonundan olan məcburi köçkün, 2-ci qrup Qarabağ əlili, uzun müddət erməni əsirliyində qalmış, hal-hazırda ehtiyatda olan zabit, Xocalı kiçik müəssisəsinin təsisçisi, bu gün isə Nərimanov rayonu Ağa Nemətulla küçəsi, bina 61a ünvanında yaşayan 75 yaşlı ağsaqqal Nəbiyev Əli İbad oğlu da, yaşadığı rayonun icra hakimiyyətində vəzifə sahibi olanlar tərəfindən getgələ salınmazdı. Onu da qeyd edək ki, bir neçə gün bundan əvvəl Əli Nəbiyev üz-üzə qaldığı probleminin ictimailəşməsi üçün, redaksiyamıza yazılı şikayət ərizəsi də ünvanlamışdı. O, yazdığı şikayət ərizəsində bildirir ki, “mən erməni əsirliyindən azad olunduqdan sonra, bir müddət hospitalda müalicə olundum. Səhhətimdə əmələ gələn problemlər qismən qaydaya düşdükdən sonra, hansısa əmək fəaliyyəti ilə məşğul olmağa da qərar verdim. Və 1996-cı ildə belə bir məlumat əldə edə bildim ki, xalqımızın ulu öndəri mərhum prezidentimiz Heydər Əliyev, Qarabağ müharibəsi əlillərinə köşk qoymaq üçün, torpaq sahəsi ayrılmasına dair müvafiq tapşırıqlarını verib. Çox keçmədi ki, ulu öndərin qəbulunda oldum və mənə də torpaq sahəsi ayrılması üçün xahişimi çatdırdım. Həmin illərdə Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan mərhum Rəfayel Allahverdiyev də bizimlə birlikdə olduğundan, Heydər Əliyev ona tapşırdı ki, “köşklər tez bir zamanda söküləcək, sən “Xocalı” kiçik müəssisəsi üçün torpaq sahəsi ayır və 2 % -lik kreditə pul almasına da köməklik et ki, bu şəxs bina tikə bilsin. Nə vaxt da binadan istifadə olunar, o halda da o, pulu qaytarar” deyə lazımi tapşırıqlarını verdi. Düzdür, verilmiş tapşırıqdan sonra bina tikmək üçün mənə torpaq sahəsi ayrıldı və çox keçmədi ki, binanın özülünü də qazdırdım. Ümumi vəziyyət haqda ulu öndəri məlumatlandırdıqda, onun verdiyi cavab o oldu ki, “Allahverdiyev olmasa pul verilə bilməz”. Belə olan halda çox götür-qoy etdim və Orta Sibirdə yaşayan həmyerlilərimdən, “Xocalı” kiçik müəssisəsinə 1 milyon dollar pul vermələrini xahiş etdim. Onlar iş adamı olduqlarından etdiyim xahişi qəbul etdilər və 20%-lə istədiyim məbləğdə pulu, iki il ərzində mənə çatdıra da bildilər. Binanı tikdim və müəyyən mərtəbələrini kirayə də verdim. Həmin binanın 3-cü mərtəbəsində 4 qaçqın ailəsi yaşayırdıq. 2011-ci ilin sentyabr ayında Nərimanov rayon İcra Hakimiyyətinin başçısı bizə bildirdi ki, “siz kirayə çıxın, hər ailə üçün kirayə haqqı olaraq 1500 (min beş yüz) manat pul verəcəyəm. Hətta bizə zəmanət müqaviləsi də verdi ki, binanı 2012-ci ilin iyul ayı üçün tam tikib, sənədləri də tam qaydasında təhvil verəcəyik. Çox keçmədi ki, mənə belə bir xəbər də çatdırıldı ki, sökülən binaya görə kompensasiya verilməyəcək, çünki binanı dövlət tikib təhvil verəcək. 2012-ci ilin may ayında isə, icra başçısı məni icra aparatına çağırtdıraraq bildirdi ki, “Əli Nəbiyev, sən vəkalət ver, sökülən binaya görə 35000000 (üç milyon beş yüz min) manat pul ayırmışıq, biz həmin pulu əldə edə bilək”. A.Fərzəliyevin təklifinə cavab olaraq bildirdim ki, ilk öncə binanı tikin, sənədləri ilə birlikdə mən təhvil verin. O halda vəkalət verə bilərəm ki, siz həmin pulu ala biləsiniz. Bu gün də icra başçısının həmin binanı tikdirməməsi qalsın bir yana, hətta bizə vəd verdiyi kirayə pulumuzu da verməyib, vermək də fikri yoxdur. Müəssisənin adına götürdüyüm kreditin faizi isə, hədsiz dərəcədə çoxalıb. Üzləşdiyim problemlə bağlı, yəni Nərimanov rayon İcra Hakimiyyətinin başçısı tərəfindən minbir oyuna salındığımdan, bu günədək ayrı-ayrı instansiyalara, o cümlədən ölkə rəhbəri cənab İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi cənab Əli Əsədova və s. şikayət ərizələri ünvanlasam da, beş dəfə də Əli Əsədovun qəbulunda olsam da, hələ ki, heç bir nəticə əldə edə bilməmişəm. Verilən cavablarda yalnız bildirilib ki, A.Fərzəliyev bizi eşitmir, bizə tabe deyil. Daha bir ərizəni Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanıma yazmışam. Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevin qəbulunda üç dəfə olsam da, hər dəfə məni Tağı və Rəhim müəllim adlı vəzifə sahibləri qəbul edərək təhqir də ediblər. Və cavablarında bildiriblər ki, “Nərimanov rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev Azərbaycana tabe deyil. Onu vəzifəyə Putin təyin edib, elə bu səbəbdən də bir kimsə ona nəsə deyə bilmir”. MM-in deputatı Əli Hüseynliyə beş ərizə təqdim etsəm də, üç dəfə qəbulunda olsam da, o da məni təhqir edərək bildirib ki, “Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Azərbaycana tabe deyil, o, Putinin kadrıdır”. Baş Nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qəbuluna düşmək istəsəm də, o, məni qəbul etməyib. Qurumdan bildirdilər ki, A.Fərzəliyevin “krışası” Putindir. Beş ərizə də Bakı şəhər İcra Hakimiyyətinin başçısı cənab Hacıbala Abutalıbova ünvanlamışam. Azərbaycan Respublikasının Baş Prokurorluğunda məni qəbul edən general Qılıncov da bildirdi ki, “sən ərizəni geri götür. O, ölkə rəhbərinin sözünə də baxmır, odur ki, biz ona heç nə deyə bilmərik” dedi. Əli Nəbiyev onu da bildirir ki, “bu gün mən görürəm ki, A.Fərzəliyev şikayət ünvanladığım qurum rəhbərlərinə məhəl qoymur və o,№11-/1 19-u 03 mart 2014-cü il tarixli məktubunda yazır ki, “Xocalı” kiçik müəssisəsinin sökülən binasına 35000000 (üç milyon beş yüz min) manat pul ayırmışıq. Görəsən ayrılan həmin pulun taleyi necə olub ki, bizim binanı A.Fərzəliyev hələ də tikib qurtara bilmir. Xocalı camaatı olmazın olaylarla üz-üzə qalıb, mən qohum-qardaşımı itirmişəm. Erməni əsirliyində olmazın işgəncələrə məruz qalmışam. Əlli gün məni döydülər, təhqir etdilər və əlli gündən sonra da azad oluna bildim. İndi də beş ildir ki, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı mənə zülm edir, vəd verdiyi kirayə pulumuzu vermir. Görəsən Abdin müəllim erməni əsirliyindən gəlmiş bir şəxsin kəfənini soymaqla doyacaqmı? Abdin müəllim daim vurğulayır ki, “Həçtərxanda vəsaitimlə körpü saldırmışam, iki böyük məhəllə inşa etdirmişəm, işaq bağçaları tikdirmişəm”. Demək, administrasiyada söylənilənlər bir daha təsdiq edir ki, A.Fərzəliyev Putinin kadrıdır ki, o, bir kimsəni vecinə almır. Cənab Prezident! Biz hər şeyimizi itirmiş insanlarıq, bilmirəm bu gün dərdimi kimə deyim? Qeyd: Məqalədə sadalanan fikirlər Nəbiyev Əli İbad oğluna məxsus olduğundan, redaksiya olaraq bu haqda hələlik nəsə deyə bilmərik. Odur ki, sadalananlarla bağlı adları çəkilən hər bir vəzifə sahibinin mövqeyini dinləməyə və dərc etməyə də hazırıq. Geri dön |