Ana Sayfa > Gündəm / Manşet > Taleh Qaraşov-Fərhad Əliyev-Rüfət Quliyevin ortaq adamının seçki ssenarisi
Taleh Qaraşov-Fərhad Əliyev-Rüfət Quliyevin ortaq adamının seçki ssenarisi12-10-2015, 10:03. Yazar: admin |
Milli Məclisə seçkilər yaxınlaşdıqca, Azərbaycanın ən müxtəlif yerlərində bu prosesin müəmmalı məqamları mətbuat və sosial şəbəkələrin gündəmini zəbt edir. Hələ bir neçə ay öncə bu mövzuya ümid bəsləyən Lənkəranlıların seçki planları xüsusi gündəmdədir. Beləki hazırkı deputatlarından narazılığını ifadə edən Lənkəran camaatı onların qanunsuz fəaliyyəəti, qeyri qanuni özlləşdirdiyi binzes obyektlərini sosial şəbəkələrdə aktiv olaraq işıqlandırır. Seçkilərdə iştirak edəcək namizədlərin qeydə alınma prosesi isə yerlı əhalini xeyli məyus edib. Buna səbəb Lənkəran çəhərinin icra başçısı Taleh Qaraşov və Dairə seçki komissiyasının sədri Kərəm Heydərovun seçkilər üzərində birgə biznes planlarıdır. İlk öncə onu qeyd edək ki, hazırda Hadı Rəcəblinin deputat olduğu 74 saylı dairədə digər könüllü namizədlərə təzyiq göstərilir və hətta onlara imza toplayan dövlət işində işləyən qohumları icra başçısının göstərişi ilə işdən uzaqlaşdırılır. Taleh Qaraşov 120-160 manat maaşla ailəsini dolandırmağa çalışan, imza toplayan kəndlilərə amansızlıq göstərib seçki prosesini tam nəzarətdə saxlayır. Digər dairədə isə vəziyyət daha acınacaqlıdır. Beləki hazırkı biznesmen deputat Rüfət Quliyevin qohumu Kərəm Heydərov 73 saylı Lənkəran şəhər seçki dairəsinin sədridir. Bir neçə il əvvələ qədər sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin cənub zonasında obyektlərini işlədən Kərəm Heydərovun Rüfət Quliyevlə qohumluqdan başqa biznes əlaqələri də kifayət qədər möhkəmdir. Məlum hadisələrlə bağlı Fərhad Əliyevin həbsindən sonra eks nazirin cənub zonasındakı bütün obyektlərini hazirki seçki məntəqəsinin sədri Kərəm Heydərov elə indiki millət vəkili Rüfət Quliyevə satıb. Məsələn, Kərəmin Rüfət Quliyevə satdığı 2 mərtəbəli poliqrafiyanın binasın buna misal çəkmək olar. Millət vəkili binada poliqrafiya fəaliyyətimi donduraraq binanı başqa biznes məqsədlərinə istifadə etsə də, dairə sədrinə obyektin həyətində Kərəm Heydərovun davamlı istifadə etdiyi ofis də bağışlayıb. Bu məsələdən Taleh Qaraşov da gəlirli çıxıb. Digər mənbələr isə icra başçısının seçkilərdə yenidən biznesmen deputatı dəstəkləməsı üçün Rüfət Quliyevdən 300 min AZN və Bakı şəhərində 5 otaqlı yeni tikili hədiyyə aldığı deyilir. Rüfət Quliyevinin ciddi rəqiblərini oyundankənar saxlayıb, “oyuncaq namizədlər”lə seçkiyə gedən icra başçısı və dairə sədrinə daha böyük mükafatlar vəd olunub. Seçki ərəfəsində iş saatlatında işdə olmayan, namizədləri lazimi informasiya ilə təmin etməyən və hər vasitə ilə uzaqlaşdırmağa çalışan Kərəm Heydərov rayon üçün əsas təhlükəli namizəd olan dindarları seçkidən uzaqlaşdırlb. Lənkəranda böyük nüfüza malik, xalq tərəfindən sevilən din xadimi Haci Ramin Əkbərlinin imzaları saxta çıxarılaraq seçkiyə buraxılmayıb. Bu isə dindar əhalini ciddi şəkildə hiddətləndirib. Geri dön |