Ana Sayfa > Gündəm / Manşet > Gəncə Dövlət Universitetində bazar üsul-idarəsi...

Gəncə Dövlət Universitetində bazar üsul-idarəsi...


28-09-2015, 09:01. Yazar: admin
Gəncə Dövlət Universitetində bazar üsul-idarəsi...
DİA.AZ-ın elektron ünvanına Gəncə Dövlət Universitetində sərəyan edən hazırki mənzərə ilə bağlı ilginc məktubu daxil olub. Şikayət müəllifləri dia.az-a yazırlar:

"GDU-da elə biabırçı hallar baş verir ki,bunlara seyrçi qalmaq olmaz.Təhsil sisteminə eybəcərliklər gətirən bu mənfi halları ifşa edib aradan qaldırmaq lazımdır.Sizdən xahiş edirik ki,bu məktubu dərc etməklə bərabər surətini cənab Prezidentə də göndərəsınız

Uzun müddətdir ki, ölkə mətbuatın gündəmində Gəncə Dövlət Universiteti və bu universitetin rektoru, kimya elmləri doktoru, professor Yusif Yusibovun qanunsuz əməllərindən bəhs edən yazılı materiallar yer alır. Həmin tənqidi məqalələrdə tələbələrin rüşvət qarşılığında dərslərdən kənarda qalmasına göz yummaq, qeyri-peşə sahiblərinin Universitet daxilində yüksək vəzifələrə təyin edilməsi kimi ciddi məqamlara toxunulur. Təbii ki, bu qədər ciddi ittihamların qarşılığında Yusif Yusibovun heç nə olmamış kimi vəzifəsində qalması, hətta ən cüzi narahatlıq hissini keçirməməsi və onun haqqında Təhsil Nazirliyi tərəfindən heç bir tədbir görülməməsi rektorun əzələ nümayişi kimi qəbul olunmalıdır. Məlumdur ki, GDU-nun artıq köhnəlmiş “yeni rektoru” bu vəzifəyə sahiblənmək üçün birbaşa təhsil naziri cənab Mikayıl Cabbarovdan “xeyir-dua” alıb. Çox yaxın dostluq əlaqələrinə malik qardaşının, habelə Azər və Ceyhun Bayramov qardaşlarının səyi nəticəsində nazir Mikayıl Cabbarov ölkə başçısından Yusif Yusibov üçün ricada bulunub. Bundan sonra Gəncə Dövlət Universitetinin “qara günləri”ni başladan kimyagər professor qısa müddət ərzində özünü ifşa etməyi bacarıb. Əvvəlcə tutduğu vəzifəyə yiyələnmək üçün külli miqdarda pul xərclədiyini bildirən rektor daha sonra rəqiblərinə sinə gərmək üçün mətbuatda dərc olunan tənqidi yazıların universitetdə fəaliyyət göstərən və onu dəstəkləməyən qüvvələr tərəfindən təşkil olunduğunu deyərək özünü müdafiə etməyə çalışdı. Planın davamı kimi isə səssiz qalaraq “yanvar yığımı”na başlayan Yusibov mətbuata laqeyd münasibəti ilə də kreslosunun təminat altında olduğunu sübut etməyə çalışır.

Artıq başa çatmış qış imtahan sessiyası ölkəmizin ali məktəblərində təhsil alan tələbələr üçün bir çox məqamlarla yadda qalan olacaq. Bəzi tələbələr hələ bir müddət uğurla verdikləri imtahanlardan yaranmış təəssüratlarla yaşayacaq, digərləri isə həmin imtahanların gedişində cavablandıra bilmədikləri sualların müzakirəsini aparacaqlar. Lakin bəzi ali təhsil müəssisələri də var ki, orada oxuyan əksər tələbələrə bu halların qətiyyən aidiyyatı olmur. Məsələn, əgər haqqında yazdığımız Gəncə Dövlət Universitetində demək olar ki, bütün imtahanların nəticələri əvvəlcədən həyata keçirilmiş pul yığımlarında ifadə olunan məbləğlərlə müəyyən edilibsə, bu zaman tələbə artıq imtahandan sonra nəyə sevinməli və ya üzülməlidir? Təəssüflər olsun ki, GDU-da təhsil alan tələbələr Yusif Yusibov və onun pulyığanları tərəfindən təhsil prosesinin digərlərinə bəxş etdiyi təəssürat və hissləri duymaq imkanlarından məhrum olunublar. Universitet rəhbərliyi bütün digər məsələlər kimi tədris və qiymətləndirmə prosedurlarını da elə bir “iqtisadi” əsaslar üzərinə keçirib ki, artıq burada elm və təhsildən danışmağın belə yeri qalmayıb.

Tələbələr universitetdəki özbaşınalıqlarla bağlı, bir dəfə Gəncə şəhər icra hakimiyyətinə qrup halında şikayətə getmişdilər. Buna görə, rəhbərlik tələbələri sıxışdırmağa başladı, “üzünüzə tüpürüm” dedi. Əgər rəhbərlik tələbənin üzünə tüpürürsə, təhsilə və təhsil alana təhsil verənin göstərdiyi diqqət və qayğı budumu?

Respublikamızın əksər ali məktəblərində professor-müəllim heyətinin maddi rifah halını bir qədər yaxşılaşdırmaq, elmi-pedaqoji fəaliyyəti stimullaşdırmaq məqsədi ilə əmək haqları orta hesabla 30%-dən çox artırılıb. Gəncə Dövlət Universitetində müəllimlərin maaşlarının çox az olmasına baxmayaraq, əmək haqqı artırılmır, ödənişli oxuyan tələbələrin keçirdikləri
təhsil haqqından müəllimlərə çox az miqdarda, ayda təqribən 50-70 manat əmək haqqı verilir halbuki GDU-da təhsil haqqı kifayət qədər yüksəkdir, təhsil haqqının yüksəkliyinə görə GDU respublikada ilk yerlərdən birini tutur. Məsələn , tarix ixtisası üzrə təhsil haqqı Bakı Dövlət Universitetində 1200 manat oldugu halda, GDU-da bu rəqəm 1800 manat təşkil edir. Bu təhsil haqqı isə rəhbərlik tərəfindən istədikləri kimi təmir, mebel, avtomobil və s. alınması adı altında talan olunur.Yusif Yusifov müəllimlərin maaşını artırmasa da, təhsil haqlarını çox səxavətlə xərcləyir, dəbdəbəli həyatından geri qalmır.

Universiteti özününküləşdirən rektor Yusif Yusifov cənabları Maliyyə Nazirliyinin yüksək vəzifə sahibi Cavanşir Yusifovun qardaşıdlr. Görünür ki, bu ad onu bu bəd əməllərdən qorumağa yardım edir. Gəncə Dövlət Universitetində isə artıq adi hala çevrilmiş özbaşınalıqların sonu görünmür. İstər korrupsiya hallarına qarşı mübarizəni həyata keçirməyə məsul olan qurumlar, istərsə də Təhsil Nazirliyi GDU-nun rəhbərliyinə qarşı ölçü götürməkdə acizlik nümayiş etdirirlər. Təbii ki, bu acizlik heç də adı çəkilən qurumların fəaliyyətsizliyindən irəli gəlmir. Sadəcə olaraq bu ali təhsil müəssisəsində bütün işlər Yusif Yusibov tərəfindən o dərəcədə qarışığa salınıb ki, onlardan baş açmaq son dərəcə çətindir.Çox qəribədir, təhsil naziri Mikayıl Cabbarov cənabları Yusif Yusifovu özünə ağsaqqal seçib və ona “ağsaqqal” deyə müraciət edir. Hətta yaxın zamanda Yusif Yusifovun rayonlardan birinə icra başçısı təyin ediləcəyi barədə söhbətlər də dolaşmaqdadır. Olsun! İstəməyənin gözü çıxsın! Amma Gəncə Dövlət Universitetinin aşağılanan nüfuzu sayəsində yox!

Yeni dərs ili başlasa da, GDU-da yenə də əvvəlki ab-havadır. Yenə də müxtəlif bəhanələrlə tələbələrdən pul yığırlar. Hazırda şıdırğı tələbə bileti alveri gedir. Bu işlərin başında isə birbaşa olaraq rektorun özü dayanır. Hər halda, kimsə inanmaz ki, Rektorun xəbəri olmadan tələbə biletləri satılsın, müəllimlərə dərs saatları hansısa pulun müqabilində, SAVADIN YOX - verilsin.

İndidən qarşıdan gələn qış imtahanı sessiyasında hər fakultə üçün rüşvət planı müəyyən ediblər. Məbləğ tələbənin sayına uyğun olaraq dəyişir. Planı doldurmayan fakültə rəhbərini isə “razborka” gözləyir. Rektor “hardan tapırsan, tap, istəyirsən doğ, həmin məbləğ verilməlidir” deyir. Vəzifəsini itirməmək üçün canfəşanlıq edirlər. Çanağın çattadığı yer isə tələbənin başı və valideynin cibi olur. Pulu alandan sonra da “əl çəkmirlər”. Tez-tez süpürgə, kraska, proyektor, lövhə, yayda təmir, daha “nələr” üçün pullar istəyirlər".

(Davamı var...)

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri dön