Ana Sayfa > Gündəm / Manşet > Zakir Fərəcov Sumqayıtda mələk obrazında peyda olub...
Zakir Fərəcov Sumqayıtda mələk obrazında peyda olub...17-09-2015, 09:12. Yazar: admin |
Zakir Fərəcovun Sumqayıtda hər şeyin bərbad olduğuna eyham vurması, hər addımbaşı şəhərdəki qanunsuzluqlardan danışması isə eyni zamanda prezident İlham Əliyevin bundan əvvəl Eldar Əzizova göstərdiyi etimada açıq etimadsızlıqdır. Zakir Fərəcovun iş yerini dəyişməsi, Abşeron rayon icra başçısı postundan Sumqayıt şəhər icra hakimiyyətinin başçısı postuna transfer olunması “Gənclik şəhərində” yeni mənzərə yaradıb. Savash.org-a daxil olan məlumata görə, yerli məmurlar hər an arzuolunmaz sürprizlə qarşılaşa biləcəklərini istisna etmir, bu səbəbdən də icra başçısının “kadr ioslahatı” kimi təqdim etdiyi prosesin sona çatmasını gözləyirlər. Mənbəmiz bildirir ki, Zakir Fərəcov uzun illərdir ki, Sumqayıtın həsrətiylə alışıb yanırmış, nəhayət arzusuna çatdıqdan sonra isə bir zərbəylə məqsədinə çatmaq və bütün “açar kadrları” özününkülərlə əvəz etməyə girişib. Xatırladaq ki, yerləri dəyişən icra başçılarından heç biri Zakir Fərəcov kimi kadr dəyişikliklərinə dərhal getmədi, Fərəcovun bu tələskənliyi isə ona müəyyən problemlər yaşada bilər. Çünki, indi Sumqayıtın icra başçısının gözlərini qəzəb elə örtüb ki, onun sərt bəyanatlarının dolayısı ilə ölkə rəhbərliyinə qarşı getmək olduğunun fərqində belə deyil. Bununla bağlı bəzi nümunələr gətirək. Məsələn, Zakir Fərəcov təyinatdan az sonra Sumqayıt şəhər İcra Hakimiyyətində şəhərdə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri ilə ilk görüşündə çox ciddi yanlışlıqlara yol verib. Yeni başçının tənqid hədəfi isə ilk növbədə Təhsil şöbəsinin müdiri əvəzi Vaqif Ələkbərov olub. Zakir Fərəcov iclas zamanı deyib ki, şöbə müdiri əvəzi sentyabrın 8-də şəhərdəki bütün məktəb direktorlarının hərəsindən 500 manat pul yığaraq, guya ayın 10-da keçiriləcək konfrans ərəfəsində kimlərəsə hədiyyə alınacağını bildirib. Vaqif Ələkbərovun digər qanunsuz əməllərini də sadalayan icra başçısı onu birbaşa iclas zalından qovub. STOP. Elə bu məqam üzərində dayanaq. Əvvəla, Zakir Fərəcov indi özünü mələk cildində təqdim etməsinə baxmayaraq, faktlar tamam başqa şeylər deyir. Birincisi, Sumqayıta gələn kimi “mələyə çevrilmiş” Zakir Fərəcovun rəhbərlik etdiyi Abşeronda təhsilin durumu sumqayıtdan yaxşımı olub? Əsla. Əksinə, Sumqayıt təhsili hər zaman bütün statistik göstəricilərə görə ölkənin qabaqcıl şəhərlərindən biri və bəlkə də birincisi olub. Bunu hər il ali məktəblərə qəbul olunan şagirdlərin müqayisəli statistikası da təsdiqləyir. Hər halda bu baxımdan Abşeron təhsili Sumqayıt təhsili ilə heç müqayisə oluna bilməz. Bu məsələnin birinci tərəfi, məsələnin digər tərəfi isə Sumqayıt Təhsil Şöbəsi müdiri əvəzinin kimlərdənsə pul toplaması haqda Zakir Fərəcovun dedikləridir. Əvvəla, əgər bu doğrudan da baş veribsə, konkret cinayət əməlidir və Vaqif Ələkbərov hüquqi araşdırmaya cəlb olunmalıdır. Yoxsa, Zakir Fərəcov özünü hansı səlahiyyətin sahibi sayır ki, cinayətdə ittiham etdiyi şəxsi iclasdan və tutduğu vəzifədən qovur? Bu ixtiyarı ona kim verib və ümumiyyətlə icra başçısı olaraq Zakir Fərəcovun belə bir hüququ varmı? Zakir Fərəcov deyəsən icra başçısı olduğu müddətdə Abşeron təhsilində baş verən rüsvayçılıqları unudub? Unudubsa xatırladaq, Abşeron rayonu təhsilin “can çəkişdiyi”, rüşvətin qol-qanad açdığı yerlərdən biridir və belə bir acınacaqlı durumun yaranmasında Zakir Fərəcovun müstəsna xidmətləri olub. İkinci məqam: Zakir Fərəcovun tənqid etdiyi şəxslərdən biri də Sumqayıt şəhər Arxitektura və Memarlıq İdarəsinin rəis müavini Kamil Məmmədov olub. İcra başçısı son illər şəhərdə bu sahədə ciddi qanun pozuntularına yol verildiyini və bu əməlinə görə Kamil Məmmədov da olmaqla hər kəsin cavab verəcəyini bəyan edib. Yaxşı, sual olunur, Abşeron Tikinti və Memarlıq İdarəsi Zakir Fərəcovuun rəhbərliyində nümunəvi çalışıbmı ki, indi o belə bir iradı Sumqayıtda bildirir. Axı heç kəsə sirr deyil ki, Abşeron rayonu qanunsuz tikintilər meydanına çevrilib və tam məsuliyyətilə iddia edirik ki, bunun müəllifi məhz Zakir Fərəcovdur. Sadəcə olaraq icra başçısı Sumqayıta gələn kimi əsas gəlir sahələrini tam nəzarəti altına almaq, həmin postlara öz adamlarını yerləşdirmək üçün özünü “mələk” donunda təqdim edir. Sözügedən iclasda şəhər Kommunal Təsərrüfatı Departamentinin rəhbəri, eləcə də şəhər təsərrüfatına cavabdeh olan digər şəxslərin Zakir Fərəcovun qınağına tuş gəlməsinin tək səbəbi də budur. Təbii ki, biz Zakir Fərəcovun tənqid hədəfinə çevrilən məmurların qanunlar çərçivəsində işlədiyini iddia etmirik. Təbii ki, mövcud reallıqlar elədir ki, məmur olaraq qanunları pozmadan çalışmaq az qala mümkünsüzdür. Məsələnin mahiyyəti isə tamamilə başqadır: Məgər, Zakir Fərəcov onları ona görəmi vəzifədən çıxarır ki, onlar qanunsuzluq ediblər? Yox, yox və min dəfə yox! Sadəcə olaraq, yeni icra başçısı hədəf götürdüyü məmurların yerinə öz adamlarını təyin etmək istəyir, hətta kimin hansı vəzifəyə gətiriləcəyi də çoxdan bəllidir-məsələ bu qədər bəsitdir, yəni. İndi isə yeni icra başçısının sahibkarlara qarşı mübarizəsinin yeni mərhələsinin şahidi olacağıq. Zakir Fərəcov Sumqayıta yaxşı bələddir və az qala hansı küçədə hansı obyektin nə qədər xeyir verə biləcəyini təfərrüatlarına qədər bilir. Bu üzdən də yeni dalğanın məhz sahibkarlıq obyektlərinin olacağı gözlənilir. Hətta bunun ilkin işartıları da görünməkdədir: belə ki, Zakir Fərəcov Sumqayıta gələr-gəlməz şəhərdə aparılan tikinti işlərinin dayandırılması ilə qərar verib. Z. Fərəcov bəhanə gətirib ki, Sumqayıtda aparılan tikintilər şəhərin estetik görünüşünü pozur, eləcə də tikinti qaydalarının tələblərinə uyğun gəlmir. Daha sonra isə Zakir Fərəcov Sumqayıtda bir obyektin sökülməsi ilə bağlı göstəriş verib. Belə ki, 2-ci məhəllədə 20 Yanvar küçəsində, 11 nömrəli məktəbin yaxınlığında 2/33 saylı binanı birinci mərtəbəsində tədris mərkəzi kimi fəaliyyət göstərən obyektin küçəyə olan hissəsində artırma tamamilə sökülüb. Bu obyektin 11 nömrəli məktəbin direktoru Ofelya Babayeva məxsus olduğu deyilir. Bu yaxınlarda isə Sumqayıtın icra başçısı çıxışında bildirmişdi ki, Heydər Əliyev prospekti, 10-cu məhəllədə, Sumqayıt Texnologiya Kolleci ilə üzbəüz olan Bioloji Təbabət Klinikası insanların gediş-gəlişinə maneçilik yaradır və tikinti qaydalarına uyğun tikilməyib. Belə ki, klinika yolun içində tikilib və gələcəkdə bu tibb müəssisəsi də sökülə bilər. Baxın, bütün bunlar Sumqayıtda sahibkarlara qarşı gözlənilən təzyiqlərin ayaq səsləridir. Zakir Fərəcovun Sumqayıtda hər şeyin bərbad olduğuna eyham vurması, hər addımbaşı şəhərdəki qanunsuzluqlardan danışması isə eyni zamanda prezident İlham Əliyevə göstərilən açıq etimadsızlıqdır. Açması? Yəni ki, Zakir Fərəcovun iddiaları doğrudursa o zaman Sumqayıtı bərbad günə qoymuş keçmiş başçı Eldar Əzizovun Səbayel kimi mühüm bir rayona icra başçısı təyin edilməsi nə dərəcədə doğrudur? Geri dön |