Ana Sayfa > Gündəm / Manşet > İsa Məmmədov şəriki Rauf Kərimovu necə həbs etdirib?

İsa Məmmədov şəriki Rauf Kərimovu necə həbs etdirib?


2-09-2015, 10:19. Yazar: admin
İsa Məmmədov şəriki Rauf Kərimovu necə həbs etdirib?
Tezadlar.az saytının ötən buraxılışlarında xəbər verildiyi kimi, «İdeal-İ-İnşaat» MMC-nin dələduzluqda ittiham olunan direktoru İsa Məmmədovdan şikayətçi olan və «Təzadlar» qəzetinə müraciət edən bir qrup Bakı şəhər sakinlərinin təqdim etdikləri sənədlərdən məlum olurdu ki, vətəndaşlar adı çəkilən MMC-dən mənzil aldıqları halda, on ildən çoxdur ki, mülklərinə sahib çıxa bilmirlər… «İdeal-İ-İnşaat» MMC-nin direktoru İsa Məmmədovun qanunsuz əməlləri ilə bağlı Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova ünvanlı şikayət ərizəsindən məlum olur ki, İsa Məmmədovun keçmiş fəaliyyətində də kriminal çalarlar olmuşdur. Oxşar əməlini indi də təkrarlayan İsa Məmmədovdan MTN-ə edilmiş şikayət isə bu yaxınlarda araşdırılmışdır… Gülməli də olsa, MTN əməkdaşı-təhqiqatçı şikayətçilərə bildirmişdir ki, «Siz niyə polisə, məhkəməyə şikayət etmirsiniz?». Bu sualın cavabını min yerə yozmaq olar, lakin biz hələlik məsələnin faktiki hallarını araşdırmağa çalışırıq…

İsa Məmmədov şəriki Rauf Kərimovu necə "baqaja" qoyub həbs etdirdi?

İndi aydın olur ki, «İdeal-İ-İnşaat» MMC-nin direktoru İsa Məmmədov bir müddət əvvəl Bakının D.Əliyeva küçəsində (keçmiş "Bakı" Mehmanxanasının arxası) də podrat müqaviləsi bağlayaraq çoxmərtəbəli binanın inşaasına başlayıb. Lakin həmin binaa tikilməkdə ikən bir mənzil bir neçə adama satılıb... Vətəndaşlar bu fırıldaqdan duyuq düşdükdən sonra Ölkə prezidentinə və Baş Prokurorluğa şikayət edirlər... Nəticədə cinayət işi açılır. Məlum olur ki, İsa Məmmədovun dələduzluğu daha uzağa gedib çıxır. Nəticədə onun bu işdə şəriki Rauf Kərimov həbs edilir, amma İsa Məmmədov şərikini güdaza verərək özünü xilas edə bilir...
-Bəs onu xilas edən yüksək rütbəli məmur kimdir?
-İsa Məmmədov özünü həbsdən necə xilas etdi?
-Əslində, Rauf Kərimov kimdir?
-İsa Məmmədov ölkəni təcili tərk etmək üçün hansı sərhəd məntəqəsinin rəisinə müraciət etmişdir?
-Naxçıvandan olan hansı məmur ona "yox!" cavabını verərək rədd edib?
Bu suallara tezliklə bizdə cavab tapa biləcəksiniz...
(Ardı var)
"Təzadlar"ın Araşdırma Qrupu

Geri dön