Ana Sayfa > Gündəm / Manşet > Abşeron İcra Hakimiyyətində qiymətlər qalxdı
Abşeron İcra Hakimiyyətində qiymətlər qalxdı11-08-2015, 10:20. Yazar: admin |
Bakıda torpaq alaraq, üzərində mənzil inşa etdirmək min bir müsibətdir. Müsibət tikinti işlərinə start veriləndən başlayır. Əcinnə dəstəsi kimi yerli məmurlar əraziyə gəlib, özünə yurd-yuva salanın yaxasından yapışırlar ki, pul ver. Tələb olunan pulların istənilən səbəbi və ya bəhanəsi müxtəlifdir. Amma onların içində vacibat olanlar da var… JAM.AZ xəbər verir ki, Abşeron rayonunda torpaq aldıqdan sonra onun üzərində tikinti işləri aparmaq üçün ilk növbədə rayon İcra Hakimiyyətinə baş vurmalısan. Ora baş vurduqda Memarlıq və Tikinti Şöbəsindən eskiz layihəni almaq lazımdır. Əvvəllər bu layihənin qiyməti tikiləcək evin hər kvadratı üçün 10 manatdan hesablanırdı. Avropa Oyunlarından sonra isə həmin rəqəm dəyişməyə başlayıb. Artıq Abşeron İcra Hakimiyyətində eskiz layihəni almaq üçün hər kvadrata görə 30 manatdan pul ödəmək lazımdır. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri dön |