Ana Sayfa > Gündəm / Manşet > “Azərsun”dan şübhəli rəqəmlər

“Azərsun”dan şübhəli rəqəmlər


7-08-2015, 10:42. Yazar: admin
“Azərsun”dan şübhəli rəqəmlər
Azərbaycanın ən iri qida məhsulları istehsalçılarından biri olan “Azərsun Holdinq” MMC 2014-cü ili 16 milyon 168 min manat xalis mənfəət ilə başa vurub. “Marja” “Azərsun Holdinq” MMC və onun törəmə müəssisələrinin 31 dekabr 2014-cü il tarixində başa çatan il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il 2013-ci illə müqayisədə şirkətin xalis mənfəəti təxminən 44 faiz azalıb. Holdinq 2013-cü ili 28,68 milyon manat xalis mənfəət ilə başa vurmuşdu.
Holdinqin xalis mənfəətinin azalmasına gəlirlərinin azalması təsir göstərib. Ötən il 2013-cü illə müqayisədə 16,3 faiz az – təxminən 300 milyon manat gəlir əldə edən “Azərsun Holdinq”, bu gəliri əldə etmək üçün 280,3 milyon manat xərc çəkib. Şirkət 19,7 milyon manatlıq əməliyyat mənfəətindən 3,1 milyon manat mənfəət vergisi ödəyib.
MMC-nin 16 milyon 168 min manat xalis mənfəətinin 16 milyon 130 min manatı ana şirkətin sahiblərinə aiddir.
Keçən il “Azərsun Holdinq”in cəmi kapitalı 16,2 milyon manat artaraq 167,8 milyon manata çatıb. Ötən ilin sonuna Şirkətin səhm kapitalı 72,5 milyon manat, bölüşdürülməmiş mənfəəti 95,36 milyon manat təşkil edib.
2014-cü ildə “Azərsun Holdinq”in öhdəlikləri artan borcları səbəbindən 197,25 milyon manatdan 256,49 milyon manata çıxıb.
“Azərsun Holdinq” MMC 19 sentyabr 1997-ci ildə dövlət qeydiyatına alınıb. Şirkətin və onun törəmə müəssisələrinin əsas fəaliyyəti ticarət və istehsaldır. Şirkət “Intersun International Sun Group FZCO”nun (Ana şirkət) törəmə müəssisəsidir və Qrupa əsas nəzarəti Abdoolbari Gozal həyata keçirir. Hesabat tarixinə şirkətin aşağıdakı törəmə müəssisələrində investisiyaları olub və bu törəmə müəssisələrinin ticarət fəaliyyətinin nəticələri konsolidasiya edilmiş hazırkı maliyyə hesabatlarına daxil edilib: “Azərbaycan Duz istehsalat Birliyi” QSC, “Azərsun Ticarət və Dağıtım” MMC, “Bakı Qida və Yağ Fabriki” MMC, “Innova Konstrakşn ənd Kontraktinq” MMC, “Kürdəmir Süd Emalı Zavodu” MMC, “Qafqaz Ticarət” MMC, “Sun Food Service” MMC, “Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC, “Qafqaz Konserv Zavodu” MMC, “Sun Tea Çay Fabriki” MMC, “Green Tech” MMC.
Şirkət nəticələri konsolidasiya edilmiş maliyyə hesabatlarına daxil olan aşağıdakı alt törəmə müəssisələrinin səhmdarıdır: “Lənkəran Konserv Zavodu” ASC (98.31 faiz), “Qazax Konserv Zavodu” MMC (97.74 faiz)
Intepe Ofşor LLC, Muğan Enerci LLC, Azərsun Humanitar Fondu, Svit Star MMC, Sumqayıt Plastik Emal Zavodu MMC, Gözəl Təbiət MMC, Qusar-Istixana MMC, Qusar-Agro MMC, Gürcüstanda fəaliyyət göstərən “Dəfnə H A Limited” şirkətinin 50 faizi də “Azərsun Holdinq” MMC-yə məxsusdur.
Ekspertlər “Azərsun”un gəlirləri ilə bağlı açıqladığı rəqəmlərə şübhə ilə yanaşırlar. Onların fikrincə, Azərbaycanın ərzaq bazarını demək olar ki, tam olaraq əlində saxlayan bu şirkətin illik gəlirinin 16 milyondan bir az artıq olması şübhəlidir. “Azərbaycanda yağdan tutmuş duza qədər Azərsunun məhsullarıdır. Bu şirktə hətta qonşu ölkələrə də məhsul ixrac edir. Ərzaq bazarında bu şirkətin rəqibi yoxdur. Ona görə də şirkətin mənfəətlə bağlı açıqladığı rəqəm inandırıcı görünmür” deyə ekspertlər bildirir (azadliq.info).

Geri dön