Ana Sayfa > Gündəm / Manşet > Keçmiş deputatdan "Aztelekom"a irad - Baş direktor isə təhlükəli oyunla məşğuldur

Keçmiş deputatdan "Aztelekom"a irad - Baş direktor isə təhlükəli oyunla məşğuldur


14-07-2015, 10:46. Yazar: admin
Keçmiş deputatdan "Aztelekom"a irad - Baş direktor isə təhlükəli oyunla məşğuldur
"Mən bu nazirliyin işindən çox narazıyam, Gədəbəyin kəndlərində, həmçinin Şınıx bölgəsində mənə söz verdikləri elektron ATS sona qədər quraşdırılmayıb. İnternet çox zəifdir, mobil operatorların da 3G-si və s. xidməti çox yarıtmazdır. Bir sözlə, nəzarət zəifdir. Ümid edim ki, tezlikcə bu problem həll olunacaq".

Vertikal.az xəbər verir ki, bunu keçmiş deputat, iqtisadçı Nazim Məmmədov sosial şəbəkədə açılan müzakirədə deyib.

Xatırladaq ki, rayonlarda rabitə sisteminə "Aztelekom" İstehsalat Birliyi nəzarət edir. Bu qurumun rəhbəri isə YAP-ın Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri Məhəmməd Məmmədovdur.

Onu da qeyd edək ki, M.Məmmədovun "Aztelekom"da ciddi korrupsiyaya yol verməsini az öncə Hesablama Palatası da rəsmi şəkildə bəyan edib. Bundan başqa, nazir Əli Abbasov da bu ilin əvvəlində kollegiyada ona irad tutaraq "yığışdırın rüşvəti" xəbərdarlığını edib.

Ancaq görünən odur ki, M.Məmmədov bu günə şikayətlərə məhəl qoymamaqla yanaşı, vəzifəsini də qorumağı bacarıb. Bəs, onu kim himayə edir? M.Məmmədov YAP MNTK-nin nüfuzlu üzvlərinin hansılarının adından və necə yararlanır? Bu, baş direktora nə kimi təhlükələr vəd edir?

Bax, Azərbaycan reallığında əsl araşdırma və sensasiya burdadır. Bu istiqamətdəki araşdırmamızı yaxın günlərdə oxuya bilərsiniz!.

Geri dön