Ana Sayfa > Gündəm / Manşet > "Bank technique"nin Beyləqan filialında mənimsənilən milyonlar

"Bank technique"nin Beyləqan filialında mənimsənilən milyonlar


24-06-2015, 10:54. Yazar: admin
"Bank technique"nin Beyləqan filialında mənimsənilən milyonlar
Ölkədə son bir ayda baş verən “Beynəlxalq bank” qalmaqalı və bəzi iş adamlarının dövlət banklarından milyonlarla manat vəsaiti müxtəlif işlərin görülməsi adı altında çıxararaq mənimsəməsi ilə bağlı araşdırmalar davam edir. Hazırda bir çox bank rəhbərləri və onların əlaltılarının cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı xəbərlər gəzir.

AzFakt.com-a daxil olan məlumata görə bankın “Texnikabank”ın Beyləqan rayon filialıda maliyyə maxinasiyalarına görə gündəmə gələ bilər. İnformasiya qaynağımız iddia edir ki, son üç ildə «Texnikabank»ın Beyləqan rayon filialında külli miqdarda problemli kreditdlər yaranıb. Həmin problemli kreditlərin yaranmasına səbəb isə «Texnikabank»ın Beyləqan rayon filialının müdiri Bulud Aslanovun verilən kreditlərə qoyulan girovların qiymətini bir neçə dəfə şişirtməsidir. Bundan başqa filial müdiri Buldu Aslanov Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bir çox iş adamlarına və öz yaxınlarının adına külli miqdarda dövlət vəsaiti vermişdir. Həmin vəsaitlər isə aidiyyatı üzrə yox şəxsi bizneslərin inkşafı üçün istifadə edilmişdir. Sahibkarlığıa Kömək Milli Fondunun dəstəyi ilə verilən kreditlər əsasən kənd təsərrüfatının və heyvandarlığın inkşaf etdirilməsi üçün verilir. Ancaq “Texnikabankın” Beyləqan filialının müdiri Bulud Aslanov tərəfindən bəzi şəxslərə verilən azfaizli kreditlər tamam başqa bir istiqamətlərə xərclənib. Mənbənin bildirdiyinə görə əsas problem götürülən kreditlərin başqa istiqamətdə xərclənməsi deyil. Problem Beyləqan, İmişli, Ağcabədi, Fizuli və Xocavənd rayonlarında yaşayan bir çox sahibkarlara verilən üzun müddətli külli miqdarda kreditlərin qaytarılmamısıdır. Belə ki, Bulud Aslanov tərəfindən bir çox sahibkarlara verilmiş kreditlərin əvəzində qoyulan əmlak girovlarının qiyməti ən azı 5-6 dəfə şişirdilib.

Bank krediti ödəməyən vətəndaşları qanun çərçivəsində məhkəməyə versədə məlum olub ki, sahibkarların girov qoyduqları əmlaklar götürdükləri kredit məbləğindən bir neçə dəfə ucuzdur. Bu isə o anlama gəlir ki, Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə verilən uzunmüddətli kreditlər Bulud Aslanov və bəzi şəxslər tərəfindən mənimsənilib. Mənbə iddia edir ki, filial müdiri uzunmüddətə verilən kreditlərə görə sahibkarlardan nəğd şəkildə 10 faiz “şapka” alıb. Elə sahibkar var ki, o Bulud Aslanovun dəstəyi ilə müxtəlif adamların adına 1 milyon manata yaxın kredit götürüb. Ancaq indi həmin kreditləri qaytarmaq gücündə deyillər yadakı qaytarmaq istəmirlər. Çünki krediti götürən zaman girov şəklində qoyduqları əmlkalar həmin məbləğdən bir neçə dəfə ucuzdur. Bu isə o anlama gəlir ki, filial müdiri işbaz sahibkarlara əlbir olaraq dövlət xətti ilə verilən vəsaitlərin arxasında keçib.

Qeyd edək ki, “Texnikabank” Beyləqan filialında baş verən maliyyə maxinasiyalları ilə bağlı araşdırmamız davame dir və yaxın günlərdə oxucularımıza ətraflı məlumat verəcəyik.
vertikal.az

Geri dön