Ana Sayfa > Gündəm / Manşet > Binəqədinin icra başçısı yanğından da pul qazanmağa başlayıb
Binəqədinin icra başçısı yanğından da pul qazanmağa başlayıb23-05-2015, 11:18. Yazar: admin |
Xaləddin İsgəndərovun işçiləri yanan binanın yaxınlığındakı zərər dəymiş evlər və obyektlərdən elektrik xəttinin bərpası üçün 100 manat tələb edirlər Binəqədi rayonunda insan təlafatı ilə nəticələnən yanğının baş verdiyi binanın yaxınlığındakı obyektlərdən pul yığırlar. JAM.AZ xəbər verir ki, bu barədə blogger Mehman Hüseynov sosial şəbəkələrdə məlumat yayıb. O bildirib ki, yanan binanın ətrafındakı bəzi evlərin, obyektlərin elektrik xətti yanıb. «Artıq bir neçə gündür işıq yoxdur. İcra Hakimiyyətindən gəlib həmin zərərçəkənlərə deyiblər ki, hərəniz 100 manat verin, elektrik xəttinizi təzələyək. Vətəndaşlar onlara prezidentin göstərişini və qərarını çatdıranda isə İcra Hakimiyyətinin nümayəndələri «Kim nə deyib, bizə dəxli yoxdur. Hərəniz 100 manatdan verməlisiniz, sonra işığı bərpa edəcəyik». Bunlar üçün yanğın, ailə faciəsi, insan ölümü, qanunlar o qədər də maraqlı deyil, beyinləri ancaq pul fikirləşir. Bu qədər də özbaşnalıq olar?!» Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri dön |