Ana Sayfa > Gündəm / Manşet > Cəlilabadda dövləti talayan Dövlətov…

Cəlilabadda dövləti talayan Dövlətov…


19-05-2015, 09:29. Yazar: admin
Cəlilabadda dövləti talayan Dövlətov…
Cəlilabad rayon, Üçtəpə kənd sakini Yarıyev Ramiz Qədir oğlu Vertikal.az-a yerli təhsil idarəsində baş verən özbaşınalıqlarla bağlı şok iddiaların yer aldığı bir məktubu ünvanlayıb. Məktubda deyilir:

“Hörmətli Redaksiyalar, öncəliklə keçən dəfə Təhsil Naziri Mikayıl Cabbarov cənablaırna ünvanladığım məktubu saytınız vasitəsilə işıqlandıraraq verdiyiniz dəstəyə görə sizə dərin təşəkkürümü bildirirəm .

Təhsil Nazirliyindən rəsmi şəkildə məlumat almasam da bilirəm ki, artıq Mikayıl Cabbarov da Cəlilabad təhsilindən xəbərdardır. Çünki hər zaman olduğu kimi xahiş və minnətdən bir nəticə əldə edə bilməyən Vidadi Dövlətov, aidiyatı qurumlar qarşısında formal və yalan informasiyalarla şikayətin əsassız olduğunu subut edən izahat toplamazdı. Əslində bu cür izahatlarla Vidadi Dövlətov nazir Mikayıl Cabbarovu aldadaraq Təhsil Nazirliyinin nüfuzuna xələl gətirir. Məndə olan məlumata görə V. Dövlətovun Təhsil Nazirliyinə yazılı izahatında Sarxan Həsənov inspektor(məsləhətçi) vəzifəsində deyil, metodist kimi işləyir deyilir. Ancaq Cəlilabad rayon təhsil şöbəsinə girən hər kəs qapının üstündə yazılan yazıdan görə bilər ki, Vidadi Dövlətov nazirliyi aldadır.(şəkil əlavə edilib).İzahatda bildirirlir ki, Cəlilabad rayon 5-li məktəbdən guya kürəkənini direktorluqdan çıxarıb . Halbuki , direktor vəzifəsinə qoyulan şəxsin sadəcə adı olacağını bütün məktəb bilir, işlər isə yenədə kürəkən tərəfindən həyata keçiriləcəkdir. Qanunsuzluqları bununla bitməyən Vidadi Dövlətov Təhsil Nazirliyinin imtahanlarından kənar saxta diplomlu şəxsləri məktəblərdə işə götürür. Ötən illərdə Təhsil Nazirliyi tərəfindən Cəlilabad rayonunda aparılan yoxlamalarda məlum olmuşdur ki, 76 nəfər müəllimin diplomu saxtadır . Vidadi Dövlətov gəldikdən sonra bəlkə də bu rəqəm iki dəfə artıb. Nəyinki məktəblərdə , hətta təhsil şöbəsinin özündə Dövlət Qulluğuna imtahan vermədən götürdüyü işçiləri vəzifələrə təyin edən RTŞ müdiri dövlət qanunlarını heçə sayır.

Cəlilabadda dövləti talayan Dövlətov…

Cəlilabad rayonununda bütün məktəblərdə adları olub özləri olmayan elə bir məktəb tapmaq olmaz. Buna isə şərait yaradan Vidadi Dövlətovun özüdür. Cəlilabad rayon 8 nömrəli tam orta məktəbdə qardaşının həyat yoldaşının adı getsədə bir dəfədə olsun məktəbə getməmişdir. RTŞ-də yanında katibə kimi işlətdiyi Afaq adlı (həyat yoldaşının bibisi qizi) isə 8 nömrəli məktəbdə adı xadimə kimi gedir. Vəzifə səlahiyətlərindən istifadə edərək öz həyat yoldaşının adı da xəstəxanada gedərək havayı pul alır .

Saytlar vasitəsilə hər dəfə şikayət olunmasına baxmayaraq kiçik məktəblərdən 300 , böyük məktəblərdən isə 500 manat aylıq haqq alınır . Məktəblərdə müəllimlərin cibini soymaqdan doymayan Vidadi Dövlətov indidə şagirdləri soyur . Özünə yaxın olan "Texno " tədris mərkəzinin vasitəsilə məktəblərdə test keçirmək adı ilə əvvəllər aşağı siniflərdən 3 manat , böyük siniflərdən isə 5 manat alaraq tədris vəsaitinə uyğun olmayan testlər keçirərək pul qazanırlar indi böyük summativ qiymətləndirməni "Texno "tədris məktəbinin testlərindən istifadə edərək şagirdlərdən pul tələb edirlər. Pul verməyən şagirdlər isə hədələnir. Halbuki , şagirdlərdən bu cur vasitələrlə pul yığılması Mikayıl Cabbarov tərəfindən qadağa olunmuşdur.Sənədlərdə isə bu cur xərclər üçün nəzərdə tutulmuş mətbəə xərclərinin satınalınmasına 34 700 manat xərcləndiyi göstərilir”.

Geri dön