Ana Sayfa > Gündəm > Conson və Ərdoğan Qara dənizdə təhlükəsizliyi müzakirə edib
Conson və Ərdoğan Qara dənizdə təhlükəsizliyi müzakirə edib24-03-2022, 23:38. Yazar: admin |
Boris Conson və Ərdoğan Qara Dənizdə təhlükəsizlik məsələsini müzakirə edib Britaniyanın Baş naziri bu gün Brüsseldə NATO-nun sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə “Downing Street”in yaydığı bəyanatda qeyd edilib. Liderlər Ukraynadakı münaqişə ilə bağlı dərin narahatlıqlarını bölüşüblər. Baş nazir Türkiyənin güclü diplomatik rəhbərliyini və humanitar reaksiyasını alqışlayıb. Liderlər Ukrayna hökumətinə hərbi və iqtisadi dəstəyin artırılması yollarını müzakirə ediblər. Tərəflər həmçinin Qara dəniz də daxil olmaqla yeni təhlükələr qarşısında regional təhlükəsizliyin gücləndirilməsi məsələsini müzakirə ediblər. Baş nazir Böyük Britaniya ilə Türkiyə arasında bərpa olunan enerji sahəsi də daxil olmaqla bir çox sahələrdə ticarət və investisiya imkanlarının olduğunu bildirib və ölkələr arasında əməkdaşlığın genişləndirilməsini səbirsizliklə gözlədiyini qeyd edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Boris Consonla görüşüb. APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb. Qeyd olunub ki, görüş Brüsseldə NATO liderlərinin fövqəladə iclası çərçivəsində baş tutub. Geri dön |