Ana Sayfa > Gündəm > Tahir Mirkişili: “Dünyada enerji qiymətləri 77%, ərzaq qiymətləri isə 23.1% artıb”

Tahir Mirkişili: “Dünyada enerji qiymətləri 77%, ərzaq qiymətləri isə 23.1% artıb”


15-03-2022, 12:23. Yazar: admin
Tahir Mirkişili: “Dünyada enerji qiymətləri 77%, ərzaq qiymətləri isə 23.1% artıb”

“Milli Məclisə təqdim olunmuş hesabat struktur və məzmun baxımından əhatəli və inkluzivdir, dövlət başçısı tərəfindən hökumət qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi səviyyəsinin ölçülməsi üçün xeyli məlumatlarla təhciz olunub və Milli Məclis deputatlarına hökumətin fəaliyyətini qiymətləndirmək üçün lazımi əsas yaradır. Hesabatda Milli Məclis deputatlatının təklif və tövsiyyələrinin icrasına da geniş yer ayrılmasını xüsusi vurğulamaq istərdim”.

Milli Məclisin komitə sədri Tahir Mirkişili bu fikirləri hökumətin hesabatına münasibət bildirərkən söylədi. Komitə rəhbəri bildirdi ki, 2021-ci ildə müxtəlif ölkələr üzrə inkişaf və bərpa prosesinin sürəti - peyvəndləmə səviyyəsindən, səhiyyə sisteminin durumundan, iqtisadiyyatın strukturundan və diversifikasiya səviyyəsindən, fiskal dəstək tədbirlərinin səmərəlilik dərəcəsindən - asılı olub: “Dövlət Başçısı cənab İlham Əliyevin və 1-ci vise-Prezident Mehriban xanım Əliyevanın birbaşa rəhbərliyi ilə həyata keçirilən bu tədbilərnəticəsində ölkəmizdə 2021-ci ildə iqtisadi fəallığın bərpa edilməsi, daha sürətli iqtisadi artıma nail olunması, əhalinin maddi rifah halının yaxşılaşması və sosial proqramların genişlənməsi üçün münbit şərait yaranmışdır. Beləliklə, 2021-ci ilə Azərbaycan əsasən 3 iqtiqamətdə - işğaldan aad olunmuş ərazilərin bərpa edilməsi, pandemiyanın iqtisadiyyatda yaratdığı fəsadların aradan qaldırılması, qlobal ərzaq qıtlığı və bahalaşması ilə mübarizə aparmış və xeyli uğurlara nail olmuşdur. Qeyd etmək lazımdır ki, hesabat ilində dünya bazarlarında enerji qiymətləri 77%, qeyri-enerji qiymətləri 20.2%, ərzaq qiymətləri isə 23.1% artmışdır. Hesabat ilində ölkəmizdə ÜDM-in 5.6%, Qeyi-neft qaz sektorunun 7.2%, qeyri-neft sənayesinin 18.9%, kənd təsərrüfatı istehsalının 3.4%, qeyri-neft ixracımızın 38.4%, strateji valyuta ehtiyatlarımızın 2.4 mlrd dollar artması, müsbət ticarət saldosunun 12.1 mlrd dolları ötməsi, xarici birbaşa dövlət borcunun 8.7% azalması və ÜDM-in 13.5%-ni təşkil etməsi, maliyyə sabitliyinin və büdcə dayanıqlılığının qorunub saxlanılması, dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq yerinə yetirilməsi, xərclərinin isə 96%-dən artıq səviyyədə icra olunmasını yüksək qiymətləndiririk”.
Geri dön