Ana Sayfa > Gündəm > Bank VTB sanksiya altındadır - Azərbaycanda da dollar və avro qəbul etməyəcək
Bank VTB sanksiya altındadır - Azərbaycanda da dollar və avro qəbul etməyəcək15-03-2022, 09:57. Yazar: admin |
Qərb cəbhəsinin Rusiyaya tətbiq etdiyi sanksiyaların nəticələrinin Azərbaycana təsirləri müzakirə olunmaqda davam edir. Azərbaycanda yerləşən Rusiya bankları və əmanətçilərin əmanətinin taleyi müzakirə mövzuları sırasındadır. Dia.az xəbər verir ki, Bizim.Media-a məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Əkrəm Həsənov qeyd edir ki, həmin banklar hər bir halda Azərbaycan banklarıdır, kapitalları Rusiyaya daxildir: “Bu banklar Bank VTB və Yelo bankdır. Onlar Azərbaycan bankı olduğu üçün, valyutalaşma əməliyyatlarını əvvəlki kimi icra edəcəklər”. Əkrəm Həsənov sanksiya altında olan bankın sadəcə Bank VTB olduğunu bildirib: “Bizim ərazimizdə Bank VTB Azərbaycan var. Yəni, Rusiya bankının törəmə bankıdır. Artıq onun Avropa və ya ABŞ-a dollar və avro ilə valyutalaşma əməliyyatlarında problemlər ola bilər”. Ekspert Rusiya ilə bank əlaqələrinin fərqli olacağına açıqlıq gətirib: “Rusiya, keçmiş MDB ölkələri ilə, bir sözlə Rusiyaya qarşı sanksiya tətbiq etməyən ölkələrlə dollar və avro istisna olmaqla, digər valyutalarla əməliyyatlar keçirilə biləcək”. Geri dön |