Ana Sayfa > Gündəm > Ərdoğan: “NATO ölkələrinin Ukraynaya vermədiyi dəstəyi biz verdik”
Ərdoğan: “NATO ölkələrinin Ukraynaya vermədiyi dəstəyi biz verdik”15-03-2022, 00:42. Yazar: admin |
"Biz Rusiyaya rəğmən NATO ölkələrinin etmədiklərini Ukrayna üçün biz etdik, o dəstəyimizi göstərdik. Humaitar məsələlərdə də eyni şəkildə 50-ə yaxın humanitar dəstəklə dolu TIR-ı Ukraynaya göndərmişik”. APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şolts ilə birgə mətbuat konfransı zamanı deyib. Rəcəb Tayyib Ərdoğan Rusiyaya qarşı sansksiyaların BMT-nin tələb etdiyi bütün addımlara uyğun atıldığını bildirib. O, həmçinin, Türkiyənin Rusiyadan silahlar almaq mövzusunu da şərh edib: “İndiki şərtlər içərisində bunu danışmaq tezdir. Amma şərtlərin nələri gətirib, nələri götürəcəyini bilməliyik”. Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, Türkiyə ilə Almaniya NATO-nun iki önəmli ölkəsidir və tərəflər bu mövuzda yarana biləcək fürsətləri müzakirə edib. Geri dön |