Ana Sayfa > Gündəm > BNA-nın 6 milyonluq “ARIS”ı – Qurumun tenderlərini niyə eyni şirkət udur?

BNA-nın 6 milyonluq “ARIS”ı – Qurumun tenderlərini niyə eyni şirkət udur?


2-03-2022, 17:34. Yazar: admin
BNA-nın 6 milyonluq “ARIS”ı – Qurumun tenderlərini niyə eyni şirkət udur?

Bakı Nəqliyyat Agentliyi (BNA) “ARIS” MMC ilə satınalma müqaviləsi imzalayıb. DİA.AZ reportyor.info-ya istinadla xəbər verir ki, maliyyə dəyəri 348 167.26 AZN təşkil edən müqavilədə BNA-nın fəaliyyətinin təmin edilməsi istiqamətində müvafiq proqram təminatlarının və lazımı lisenziyaların əldə edilməsi, habelə mövcud proqram təminatlarının yenilənməsi, müvafiq sistemlərə inteqrasiya olunması və digər aidiyyəti işlər üzrə lazım olan mal, iş və xidmətlərin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “ARIS” MMC 19 mart 2018-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 87A, mənzil 757-də yerləşir. Şirkətin qanuni təmsilçisi Haqverdiyev Ruslan Rüstəm oğludur.
Açıq mənbələrdə “ARIS” MMC və Ruslan Haqverdiyev haqqında hər hansı məlumat yoxdur.
Araşdırmalarımız zamanı məlum olub ki, “ARIS” MMC əsasən BNA-nın elan etdiyi satınalma müsabiqələrinin qalibi olur.
Dövlət satınalmaları portalından məlum olur ki, 2022-ci ilin fevral ayında BNA ilə “ARIS” MMC arasında iki satınalma müqaviləsi imzalanıb. Bunlardan biri haqqında yuxarıda məlumat verdik. İkinci müqaviləyə gəlincə, sənəd fevralın 15-də imzalanıb. Maliyyə dəyəri 73 897.5 AZN olan müqavilədə agentliyin qeyri-qanuni parklanmaya nəzarət və mərkəzi informasiya sisteminə inteqrasiya olunmuş Neopost avtomatik zərfləmə avadanlığına texniki dəstək xidmətinin, şəbəkə telefon avadanlıqlarına təmir və dəstək xidməti zəmanətinin, mövcud server və şəbəkə infrastrukturunda istifadə olunan sistem, eləcə də şəbəkə avadanlıqlarının sıradan çıxmış və müasir tələblərə cavab verməyən hissələrinin dəyişdirilməsi üçün əlavə ehtiyat hissələrinin vətəhlükəsizlik avadanlığının etibarlılıq və dayanıqlığının artırılması məqsədi ilə yedəkləmə üçün əlavə avadanlığın satın alınması nəzərdə tutulur.
Araşdırmalarımız zamanı bəlli olub ki, son iki ildə BNA və ona tabeli qurumlar “ARIS” MMC ilə maliyyə dəyəri 5 994 028.89 AZN təşkil edən 7 satınalma müqaviləsi imzalayıb.
Geri dön