Ana Sayfa > Gündəm > Azərbaycanla Pakistan arasında birbaşa uçuşlara başlanılır
Azərbaycanla Pakistan arasında birbaşa uçuşlara başlanılır18-02-2022, 15:29. Yazar: admin |
![]() Gələn ay "Pakistan Beynəlxalq Hava Yolları" (PİA) şirkəti ölkənin iki şəhərindən Azərbaycana uçuşlara başlayacaq. “Report” bu barədə Pakistan mətbuatına istinadən xəbər verir. Məlumata görə, Pakistanın milli aviadaşıyıcısı martın 16-dan başlayaraq hər həftənin çərşənbə günləri Kəraçinin Cinnah Beynəlxalq Hava Limanından, martın 19-dan başlayaraq isə hər həftənin şənbə günləri Lahorun Əllamə İqbal Beynəlxalq Hava Limanından Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna reyslər təşkil edəcək. Geri dön |