Ana Sayfa > Gündəm > Cavid Qurbanov da GEDİR... - İDDİA
Cavid Qurbanov da GEDİR... - İDDİA11-02-2022, 17:09. Yazar: admin |
Vertikal.az: - Həm “Azərbaycan Dəmir Yolları” QSC-nin və həm də AZAL-ın da rəhbərliyində dəyişiklik gözlənilir. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, gələn həftə bu dəyişikliklərdən növbətisi - Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyindən alınması gözlənilir. Qeyd edək ki, dünən SOCAR-ın rəhbəri Rövnəq Abdullayev vəzifəsindən azad edilərək İqtisadiyyat nazirinin müavini təyin olunub. Mənbə dia.az-a bildirir ki, Rövnəq Abdullayevidən fərqli olaraq Cavid Qurbanovun təkrar etimada layiq görülməsi gözlənilmir: "Camaat onun həbsini gözləyir... Nə yeni vəzifə?" Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri dön |