Ana Sayfa > Gündəm > “Dərin Təhlil”də Ramiz Mehdiyev müzakirəsi: akademik niyə dirənib? VİDEO

“Dərin Təhlil”də Ramiz Mehdiyev müzakirəsi: akademik niyə dirənib? VİDEO


5-02-2022, 15:10. Yazar: admin

“Dərin Təhlil”də Ramiz Mehdiyev müzakirəsi: akademik niyə dirənib? VİDEO
Musa Urud: “Ramiz Mehdiyevin Prezident Aparatından ora getməsi yanlış idi. Evində oturmalı, əsərlərini yazmalıydı”

Vüsalə Mahirqızı: “Ramiz Mehdiyevin akademik məsələsi Əkrəm Əylislinin kitablarını yandırması ilə bağlı qərar verməsindən sonra bitdi”

Aqil Abbas: “Elə bir yaş dövrü var ki, orda çox urvatlı şəkildə getmək lazımdır”

TV Müsavatın efirində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Ramiz Mehdiyevin istefa tələbləri ilə bağlı fikir mübadiləsi aparıldı. R.Arifoğlu bu prosesin niyə bu həddə çatdığını, demək olar ki, hər gün bir tanınan simanın, institut direktorunun, deputatın istefa çağırışı etdiyini soruşdu. Verilişdə iştirak edən qonaqların cavablarını təqdim edirik:

Musa Urud: Bu, dövlət əhəmiyyətli bir məsələ deyil. Akademiyada çalışan institut direktorları, səsvermə hüququ olan şəxslər yığışsınlar bir araya. Mətbuata danışmaq əvəzinə bir yerə yığışsınıar.

A.Abbas: Yığışıb, Ramiz Mehdiyevi seçiblər ki, indi yığışıb göndərsinlər?

M.Urud: Bu məsələnin bu qədər maraq doğurmasının səbəbi Ramiz Mehdiyevin personasıdır. Əgər AMEA-nın rəhbəri başqa adam olsaydı, bu dərəcədə maraq doğurmazdı. Sadəcə olaraq, R.Mehdiyevin Prezident Aparatından ora getməsi yanlış idi. Evində oturmalı, əsərlərini yazmalıydı. Həm yaşı, həm səhhəti imkan verməz ki, akademiyada yenilik, inqilabi dəyişiklik etsin. Uzun müddət elmi fəaliyyətlə də məşğul olmayıb. Yaşlı-başlı, ağsaqqal akademiklərin mövqesizliyi məni narahat edir. Yığışıb, səs versinlər.



Aqil Abbas: Elə bir yaş dövrü var ki, orda çox urvatlı şəkildə getmək lazımdır.

Vüsalə Mahirqızı: AMEA seçkili orqandır. Növbədənkənar iclas keçirə, səs verə bilərlər. Akademiyanın elə bir institutu qalmayıb ki, istefa tələbi səsləndirməsin. Bizdə akademiya olmamalıdır. Universitetlərin tərkibində yaradıcılıq mərkəzlərinə çevrilməlidir. İstər Ramiz Mehdiyevdən əvvəlki dövrdə, eləcə də onun dövründə. Məsələn, zamanında Zoologiya İnstitutu belə təklif irəli sürmüşdü ki, zambaqkimilər fəsiləsində filan gülə ad qoymaq lazımdır. R.Mehdiyevin dövründə də öncə deyildi ki, vaksin çıxarırlar. Sonra dedilər, vaksin yox, vaksin qabı çıxarırlar. Ardınca isə heç onu da çıxarmadılar. (gülür) Ramiz Mehdiyevin akademik məsələsi Əkrəm Əylislinin kitablarını yandırması ilə bağlı qərar verməsindən sonra bitdi. Əkrəm Əylislinin nə yazmasından asılı olmayaraq, bir akademik kitab yandırılması ilə bağlı göstəriş verməz, verməməlidir.

Xatırladaq ki, “TV Musavat”ın efirində “Dərin təhlil” verilişində Azərbaycan, eləcə də dünya gündəminin mühüm mövzuları müzakirə olunub.

Veriliş ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiz.
Geri dön