Ana Sayfa > Gündəm > Bakının İrəvana qarşı məhkəmə iddiaları: Azərbaycan Avropa Məhkəməsinə mövqe təqdim edəcək
Bakının İrəvana qarşı məhkəmə iddiaları: Azərbaycan Avropa Məhkəməsinə mövqe təqdim edəcək18-01-2022, 12:51. Yazar: admin |
“Vətən müharibəsi zamanı mülki əhalisinə törədilən cinayətlərlə bağlı Azərbaycanın Ermənistana qarşı Avropa Məhkəməsinə göndərdiyi şikayətlər icraat mərhələsindədir”. Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən Müharibəsi dövründə ermənilərin törədikləri cinayətlərlə bağlı Avropa Məhkəməsinə müraciət edib: “Azərbaycan bu cür şikayətlərin göndərilməsini hər zaman təşkil edib. Ölkəmiz 2005-ci ildən bu günə qədər bu cür şikayətləri hazırlayaraq məhkəməyə göndərib. Bu şikayətlər arasında Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsi, mülkiyyətlərinə ziyan dəyməsi ilə bağlı müraciətlər də var. Bunlar hamısı Azərbaycan dövləti tərəfindən görülən tədbirlərdir”. Sədr müavini onu da əlavə edib ki, Vətən müharibəsi zamanı mülki vətəndaşlara qarşı törədilmiş cinayətlərlə bağlı şikayətlər Avropa İnsan Haqları Məhkəməsinin icraatında ilkin mərhələdir: “Azərbaycan tərəfindən mövqe gələn aydan Avropa Məhkəməsinə təqdim olunacaq”. Geri dön |