Ana Sayfa > Gündəm > Hamı yeni SSRİ-yə qoşulur: BƏS BİZ? - NƏ ETMƏLİ?

Hamı yeni SSRİ-yə qoşulur: BƏS BİZ? - NƏ ETMƏLİ?


11-01-2022, 10:39. Yazar: admin

Hamı yeni SSRİ-yə qoşulur: BƏS BİZ? - NƏ ETMƏLİ?
“SSRİ-nin yeni formatda bərpası ideyasının geosiyasi prosesə çevrilməsini real saymıram. Bunun üçün Rusiyanın iqtisadi-siyasi imkanları yetərli deyil. Belə birliyin yaranmasına Ukraynanın, Moldovanın, Gürcüstanın, Türkmənistanın, Azərbaycanın maraq göstərmədiyini də nəzərə almalıyıq. Həmçinin, qərbin də bu istiqamətdə açıq müqaviməti istisna deyil”. DİA.AZ xəbər verir ki, bu fikri Qazaxıstanda baş verən proseslər fonunda SSRİ-nin yeni formatda bərpası iddiaları, NATO-Rusiya qarşıdurmasını şərh edən politoloq Nəsimi Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Nəsimi Məmmədli hesab edir ki, Putin SSRİ-ni bərpa etmək tezisi ilə qonşularına siyasi-iqtisadi, psixoloji təzyiq göstərir:

“Putin Rusiyanın daxilində sabitliyi saxlamaq, rus millətçilərinin siyasi dəstəyini qazanmaq, iqtisadi-sosial çətinliklərdən diqqəti yayındırmaq, ölkənin parçalanma təhlükəsini bu siyasi gedişlə önləməyə çalışır. Eyni zamanda ABŞ-dən, NATO-dan öz təhlükəsizliyi ilə bağlı qarantiya almağı, bu tip şüarlarla qərbdən siyasi-iqtisadi güzəştlər qoparmağı ümid edir.

ABŞ və NATO Rusiyanın qarşısından geri çəkilərsə, bu, qərbin beynəlxalq təsir gücünü, qlobal rəqabətdəki yerini xeyli zəiflədər. Hətta Avropa qitəsində geosiyasi çalxalanmalara da səbəb ola bilər. Qərbin Ukrayna məsələsində qətiyyətli addımlar atması Rusiyanın cilovlanması baxımından önəmlidir”.

Qazaxıstanda baş verən proseslərə toxunan politoloq bildirib ki, Qazaxıstandakı olayların Azərbaycana mövsümi psixoloji təsirləri olsa da, real siyasi təsirləri gözlənilmir:

“Necə ki, “Narıncı”, “Məxməri” inqilablar, “Ərəb Baharı” kimi siyasi olaylar ölkəmizə psixoloji təsir etdi, indi də belə bir ötəri təsirlər ola bilər. Azərbaycan cəmiyyəti xaotik siyasi proseslərə dəstək vermir. Ölkədə real müxalif təşkilatların mövcudluğu bu baxımdan bizim üstünlüyümüzdür”.

Rusiyanın regionda hərbi iştirakının artmasına gəldikdə isə Nəsimi Məmmədli bunları deyib:

“Rusiyanın regionda hərbi iştirakının artması postsovet ölkələrin müstəqilliyi üçün təhlükə mənbəyi olaraq qalır. Rusiyanın postsovet ölkələrinin çoxunda süni gərginliklər yaratmaq, idarə etmək və müdaxilə üçün zəmin hazırlamaq imkanı var. Rusiyanın belə təhlükəli oyunlarına bəhanə verməmək üçün cəmiyyətdə hüquq və azadlıqlarla bağlı problemlər həll olunmalıdır. Ölkədə demokratik seçkilərin keçirilməısinə nail olmaq vacibdir. Eyni zamanda Türkiyə ilə hərbi-siyasi münasibətlərin daha da
Geri dön