Ana Sayfa > Gündəm > Rusiya və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub

Rusiya və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub


8-01-2022, 16:05. Yazar: admin
Rusiya və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan Prezidenti rusiyalı həmkarını ölkəsindəki son vəziyyət barədə məlumatlandırıb. Kasım-Jomart Tokayev ölkədə vəziyyətin stabilliyə doğru yönəldiyini bildirib.

Qazaxıstan Prezidenti Tokayev Rusiya Prezidenti Vladimir Putinə KTMT çərçivəsində verdiyi dəstəyə görə təşəkkür edib.



Geri dön