Ana Sayfa > Gündəm / Manşet > "BNA niyə marşrut xətlərini nizama sala bilmir?" - Avtobuslardan ŞİKAYƏT
"BNA niyə marşrut xətlərini nizama sala bilmir?" - Avtobuslardan ŞİKAYƏT23-12-2021, 17:30. Yazar: admin |
"BakuBus" avtobuslarından şikayət bitmir. Vertikal.Az-ın redaksiyasına 26 və 202 nömrəli avtobuslar barədə şikayət daxil olub. Belə ki, şikayətçi Fəridə xanım dəfələrlə 26 nömrəli avtobusun özbaşınalığından əziyyət çəkdiyini deyir. O bildirir ki, axırıncı dəfə dünən bu halla qarşılaşıb: "Saat 18:00-da işdən çıxıram, amma evə saat 20:30-da çatıram. Buna səbəb isə 26 nömrəli avtobusun gec-gec işləməsidir. Bundan əlavə, avtobus dayanacaqdan uzaqda saxlayır. Sərnişinlər avtobusa çatmaq üçün qaçmaq məcburiyyətində qalırlar. Artıq neçənci dəfədir ki, avtobus Nərimanov rayonu, Fətəli xan Xoyski 128-də yerləşən Respublika Talassemiya mərkəzi ilə üzbəüz dayanacaqda saxlamadan keçir. Bakı Nəqliyyat Agentliyi niyə marşrut xətlərini nizama sala bilmir? Elə 202 nömrəli avtobus da eyni 26 nömrəli avtobusun günündədir". Şikayəti olduğu kimi, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevə bildirdik. Lakin Sonxeber.az-ın sorğusu cavabsız qaldı. Geri dön |