Ana Sayfa > Gündəm > Zəngəzur dəmir yolunda gömrük postu olacaq? - AÇIQLAMA

Zəngəzur dəmir yolunda gömrük postu olacaq? - AÇIQLAMA


18-12-2021, 13:54. Yazar: admin
Zəngəzur dəmir yolunda gömrük postu olacaq? - AÇIQLAMA

Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistandan keçən hissəsində nəzarət məsələsi müzakirə edilmir. Dəmir yolu sərhəd və gömrük qaydaları ilə fəaliyyət göstərəcək.

DİA.AZ axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan deyib.

O bildirib ki, Arazdəyən-Horadiz dəmir yolunun uzunluğu 340 km-dir, bunun 45 km-i Ermənistan ərazisinə düşür.

Onun sözlərinə görə, tikinti işləri ilə bağlı konkret vaxt demək mümkün deyil, ancaq hər iki tərəf ən qısa müddətdə sazişi razılaşdırıb, dərhal işə başlamaq ovqatındadır.
Geri dön