Ana Sayfa > Gündəm > İcra hakimiyyətlərinin ləğvi gözlənilir: "Qaçılmazdır və doğru olan da budur"

İcra hakimiyyətlərinin ləğvi gözlənilir: "Qaçılmazdır və doğru olan da budur"


10-12-2021, 13:08. Yazar: admin

İcra hakimiyyətlərinin ləğvi gözlənilir: "Qaçılmazdır və doğru olan da budur"
“İndi hara daş atırsan, gedib icra başçısına dəyir” – İcra Hakimiyyətlərini ASAN Xidmət mərkəzləri əvəz edəcək
Sosial şəbəkə istifadəçiləri Azərbaycanda icra hakimiyyətlərinin ləğv ediləcəyi barədə məlumatlar paylaşaraq, bu xəbəri toy-bayram kimi qeyd edirlər. Əslində mövzunun mənbəyi, dekabrın 1-də Prezident İlham Əliyevin ixtisasca iqtidadçı olan Emin Zamin oğlu Hüseynovu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin etməsi olub. Bu təyinatla ictimaiyyətdə belə bir fikir formalaşdı ki, artıq illərlə mövcud olmuş icra hakimiyyəti idarə sistemi ləğv olunur və onun yerinə 14 iqtisadi rayon rəhbərlikləri yaradılır.

Bəs Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə yaradılmış 14 iqtisadi rayon hansılardır?

Gəlin, ilk öncə ona nəzər yetirək:

Bakı iqtisadi rayonu (Bakı şəhəri);
Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları);
Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);
Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları);
Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları);
Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);
Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);
Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);
Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);
Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);
Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);
Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);
Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);
Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).
Uzun illər ərzində Azərbaycan vətəndaşının Qarabağ problemindən sonra ikinci böyük dərdi hesab olunan icra hakimiyyəti idarəçilik sistemi, görünən odur ki, tarix olur. Təbii ki, bunda qazanclı çıxan ölkə vətəndaşları ilə birlikdə həm də Dövlət Təhlükəsizlik Xidmətinin özüdür. DTX artıq bu postda əyləşib, qaçaq-quldurluqla, dərəbəyliklə, cib soymaqla, yerli sakinlərin maaş kartlarını “fırlatmaqla” məşğul olan bəzi icra başçılarının başını əzməklə vaxtını keçirməyəcək, diqqətini daha mühüm işlərə - məsələn, Araik Arutyunyanın həbs olunaraq Bakıya gətirilməsi yönündə və digər bu kimi istiqamətlərdə əməliyyat planlarına hazırlıq görəcək.

Beləliklə, gedişat Prezidentin bu sərəncamı və ardınca Qarabağ iqtisadi rayonuna Emin Hüseynovu təyin etməsi, yaxın zamanlarda ölkənin yeni idraəetmə modelinə keçməsi, bütün İcra hakimiyyətlərinin ləğvi və icra başçılarının azad olunmasından, əvəzində isə, Prezidentinin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə yaradılmış 14 iqtisadi rayon üzrə 14 regional başçısının təyin ediləcəyindən xəbər verir.

Məsələ ilə bağlı vətəndaşların da fikirləri maraqlı olduğundan, onlardan birinin fikrini öyrəndim. Bayram adlı paytaxt sakini deyir ki, Azərbaycanda daşı hara atırlar, gedib icra başçısına dəyir: “Əvvəllər beş obyetktdən üçü hansısa icra başçısının olurdu, mülklərinin sayı hesabı yox idi. Daha sonra mülkləri kimi özləri də çoxaldı. Kiçik-böyük hər rayona, şəhərə bir icra başçısı təyin olunub. Məncə az olsalar, daha yaxşıdı. Nə qədər çox icra başçısı varsa, bir o qədər də çox problem var. Yadınızdadırsa, keçən il toy karvanı kimi arxa-arxaya nə qədər icra başçısı həbs olundu. Hər biri də rüşvət, oğurluq, saxtakarlıq, vəzifəsindən sui-istifadə, vətəndaşlara hədə-qorxu gəlmə maddələri ilə saxlanıldılar. Belələrinə icra başçısı yox, banda və ya mafiya başçısı desək, daha yaxşı olar. Vəzifələrini icra etməkdən başqa hər işi görməyi bacarırlar. Təbii ki, söhbət yaxşılarından getmir, aralarında yaxşıları da olub, olacaq. Bunu danmaq olmaz. Ancaq məncə bu, yerində qərardır. Göbələk kimi çoxalmalarının qarşısı alınsa, yaxşıdır. Sayları məhdudlaşdırılsın, bilək ki, kim kimdir”.
İcra hakimiyyətlərinin ləğvi gözlənilir: "Qaçılmazdır və doğru olan da budur"
Osman Gündüz Osman Gündüz
Mövzu ilə bağlı vaxtilə Balakən rayon İcra Hakimiyyətinin başçısı işləmiş Osman Gündüzlə əlaqə saxladım. Osman bəy bildirdi ki, son dövrlər Azərbaycanda dövlət idarəetməsinin optimallaşdırılması və təkmilləşdirilməsi istiqamətində bir xeyli addımlar atılıb: “Biz regionlara baxsaq, görərik ki, rayonlarda klassik dövlət qurumlarının heç birisi qalmayıb. Məsələn; enerji, su və kommunalın hamısı, mədəniyyət, təhsil, elm bir sözlə, hamısı artıq regional idarəetməyə çevrilib. Vergi də regionala çevrilib. Yəni, rayonlarda əvvəlki ənənəvi qaydada mövcud olan dövlət qurumları yoxdur. İndi bu baxımdan, mən düşünürəm ki, artıq rayonlarda ənənəvi formada bir icra hakimiyyəti, bir də hüquq-mühafizə orqanları qalıbdır. Biz büdcəyə də nəzər yetirsək, görərik ki, bu icra hakimiyyətlərinin saxlanması üçün böyük vəsaitlər ayrılır.

Eyni zamanda, son dövrlərdə Prezident Qarabağ iqtisadi rayonu üzrə də, tək Ağdam rayonu üzrə yox, bütövlükdə rayon üzrə bir nümayəndə təyin etdi. Bu kontekstdən yanaşsaq, düşünürəm, həm rayonlardakı mərkəzi icra hakimiyyəti orqanlarının rayon şöbələrinin ləğvi, həm də bölgələrdə iqtisadi rayonların yaranması, bu iqtisadi rayonlarda daha çevik, daha effektiv idarəetmə mexanizmlərinin qurulması baxımından, icra hakimiyyətlərində də idarəetmə islahatlarının aparılması qaçılmazdır və doğru olan da budur. Mənə elə gəlir ki, yerli icra hakimiyyətlərinin strukturunu daha çox "ASAN" xidmət yönümlü bir struktura çevirmək daha doğru olardı. Məsələn, Gədəbəydə ASAN xidmət elə İcra Hakimiyyətində yerləşir. Bütün xidmətlər ordan təşkil olunur. Yəqin ki, digər icra hakimiyyətlərini də bu modelə uyğunlaşdırmaq olar.

Bir məsələni diqqətinizə çatdırım: hazırda rayonlarda hər icra hakimiyyətində Kənd Təsərrüfatı şöbəsi və aqronom var, həm də rayonlarda Dövlət Aqrar İnkişaf Mərkəzi var və biz ona DAİM deyirik. Bu ikisi elə eyni işi görür. İndi İcra Hakimiyyətində bu şöbə nəyə lazımdır? Bu baxımdan, hesab edirəm ki, İcra Hakimiyyəti sistemlərində bir optimallaşdırılmanın aparılması, islahatların keçirilməsi və regionallaşmanın aparılması daha doğru olardı” – deyə, Osman Gündüz bildirib.

Mətin Şükürlü, Bizimyol.info
Geri dön